SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Azərbaycanın qoyduğu şərtlər yerinə yetirilməsə..."

Abunə olmaq
Oqtay Əsədov: "Ordumuz o yüksəklikləri alandan sonra müvəqqəti atəşkəs rejimi elan etdik ki, bu problem öz həllini tapsın. Lakin Ermənistan tərəfi atəşkəsə razılaşmadı və bu istiqamətdə hücumlarına davam etdi"

BAKI, 5 apr — Sputnik. "İllər boyu Azərbaycan atəşkəsə həmişə sadiq olub, atəşkəsi gözləyirdi. Hər dəfə Azərbaycanın hər hansı bir yüksək nailiyyəti olanda Ermənistan tərəfdən təxribatlarla qarşılaşırdı. Bizim mülki əhali böyük çaplı silahlarla atəşə tutulurdu. Biz həmişə cavab atəşi ilə onları susdururduq. Ancaq son vaxtlar erməni silahlı qüvvələri bizim mülki şəxsləri mərmilərlə atəş açmağa başladılar".

US Vice President Joe Biden - Sputnik Azərbaycan
QARABAĞ
ABŞ-dan Qarabağla bağlı açıqlama gəldi: "Vəziyyətin kəskinləşməsi..."

Sputnik xəbər verir ki, bunu Milli Məclisin sədri Oqtay Əsədov bu gün keçirilən plenar iclasda bildirib. Azərbaycanın səbrinin artıq çatmadığını deyən spikerin sözlərinə görə, ordumuz aprelin 1-dən 2-nə keçən gecə ermənilərin təxribatına cavab verərək əməliyyat aparıb və Ermənistana, erməni qoşunlarına öz yerini bir daha göstərib.

"Bununla da Azərbaycan ordusu güçünü bir daha nümayiş etdirdi. Azərbaycan mülki əhalisinin həmişə hədə altında, qılınc altında saxlanıldığı yüksəkliklər ordumuz tərəfindən alındı. Bu gərginlik bu günə kimi davam edir. Azərbaycan o yüksəklikləri alandan sonra müvəqqəti atəşkəs rejimi elan ediblər ki, bu məsələlər öz həllini tapsın. Lakin Ermənistan tərəfi atəşkəsə razılaşmadı və bu istiqamətdə hücumlarına davam etdi", —deyə MM sədri bildirib.

O. Əsədov əlavə edib ki, Ermənistan ordusu Dağlıq Qarabağdan çıxarılandan sonra biz hansısa danışıqlara gedə bilərik: "Azərbaycan öz torpağında vuruşur, Dağlıq Qarabağda vuruşan Ermənistan ordusudur. Bizim hamımız bunu yaxşı bilirik. Azərbaycan əlindən gələni edəcək ki, Dağlıq Qarabağın azad olunması istiqamətində hərəkətlər başlasın. Bu gun ATƏT-in Minsk qrupu toplanır, lakin buna bir inam yoxdur. Yəqin ki, Azərbaycanın qoyduğu şərtlər yerinə yetiriləcək. Yerinə yetirilməsə, bu gərginliyin necə olacağını gələcək göstərəcək", —deyə spiker bildirib.

Xəbər lenti
0