BAKI, 5 aprel-Sputnik. "Dağlıq Qarabağda vəziyyətin kəskinləşməsi fonunda böhranın həlli vacibdir".
Sputnik-in məlumatına görə, bunu ABŞ-ın vitse-prezidenti Co Bayden öz Twitter hesabında son günlər Ermənistan-Azərbaycan təmas xəttində vəziyyətin kəskinləşməsinə münasibət bildirərkən yazıb.
As I told Presidents Aliyev & Sargsyan, comprehensive settlement in #NagornoKarabakh is critical for their stability, security, prosperity.
— Vice President Biden (@VP) 4 April 2016
O qeyd edib ki, münaqişənin tammiqyaslı tənzimlənməsi ölkələrinin sabitliyi, təhlükəsizliyi və inkişafı üçün çox vacibdir.