Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Yeni WikiLeaks qalmaqalı başlayır

© Sputnik / Илья Питалев / Mediabanka keçidVikiliks saytı
Vikiliks saytı - Sputnik Azərbaycan
Abunə olmaq
Tədqiqatçı jurnalistlərin ofşor zonalarında çirkli pulların yuyulması prosesindən bəhs edən "Panama Papers" hesabatı nəhayət ki açıqlandı

Yeni WikiLeaks qalmaqalı başlayır
BAKI, 4 apr — Sputnik. Kremlin mətbuat katibi Dmitry Peskov hələ ötən həftə bəyan etmişdi ki, xarici jurnalistlər Putinə qarşı qarayaxma hazırlayırlar. O, bu işin arxasında konkret olaraq Beynəlxalq Təhqiqat Jurnalistləri Konsorsiumunun (BTJK) dayandığını demişdi.
Mixail Zabelin - Sputnik Azərbaycan
SİYASƏT
Bakıda məxfi Azərbaycan-Rusiya danışıqları

Tədqiqatçı jurnalistlərin "Panama Papers" adlandırdıqları hesabat barədə ilkin informasiya artıq aprelin 3-də açıqlandı. Onlar Rusiya prezidenti Vladimir Putinin yaxın dostlarının 2 milyard dollardan çox pulun yuyulmasınada iştirak etmiş şübhəli şirkətlərini üzə çıxardıqlarını iddia edirlər. Həmçinin bildirilir ki, hesabatda bütün dünya üzrə ofşor zonalarda nəhəng həcmdə pulun yuyulması və köçürmə sistemləri araşdırılıb.

Azadlıq Radiosunun xəbərinə görə, bu informasiya Panamada mənzillənən və onlarca ölkədə nümayəndələri olan, habelə qondarma və ya şell şirkətlərinin yaradılması üsrə ixtisaslaşmış Mossak Fonseca hüquq firmasından sızmış milyonlarla emaillərə, elektron mühasibat hesabatlarına, şirkət sənədlərinə və başqa materiallara istinad edir.

Sızmış materiallarda 140 lider və hökumət rəsmisinin adları 210 minədək şirkətlərlə əlaqədar olaraq çəkilir. Burada toplanmış materiallar 40 ili əhatə edir.

© Sputnik / Fuad HasanovPolitoloq Tofiq Abbasov
Politoloq Tofiq Abbasov - Sputnik Azərbaycan
Politoloq Tofiq Abbasov

Məsələni Sputnik-ə şərh edən politoloq Tofiq Abbasov bildirib ki, adları çəkilən şəxslərin mənsub olduğu ölkələrin tədqiqat orqanları bunun həqiqətə nə dərəcədə uyğun olub-olmadığını yoxlamaq üçün araşdırma aparmalıdır: "Qalmaqal xarakterli hesabat ondan xəbər verir ki, dünya üzərində çirkili pulların dövriyyəsi davam edir. Əgər belə məlumatlar ortaya çıxırsa, onda gərək adları çəkilmiş personaların mənsub olduğu ölkələrin müvafiq qurumları araşdırma aparıb görsünlər ki, bu iddialar nə dərəcədə həqiqətə uyğundur. Bəlkə də kiminsə uydurmasıdır. Dünya indi çox mürəkkəb bir dövrünü yaşayır. Qarşıdurma meylləri güclənir, risklər, təhdidlər artır".

"Lakin, belə vəziyyətdə də bu elitaların və onların ətrafında cəmləşən qrupların qeyri-qanuni yolla əldə etdikləri həmin o qazancların mənşəyini müəyyən etmək lazımdır. Tədbirlər görmək lazımdır ki, həmin o qeyri-qanuni yolla əldə olunmuş qazanclar geri qaytarılsın. Araşdırma aparan maliyyə institutlarının müvafiq qurumları gərək bir-biri ilə əlaqələrini gücləndirsin. Kimlərinsə bundan sonra da tutduğu vəzifəsindən sui-istifadə edib belə şeylərə yol verməməsi üçün ümumi tədbirlər görmək lazımdır", —deyə T. Abbasov bildirib.

Bu hesabat hansısa əlamətlərinə görə Vikiliks-ə (WikiLeaks) oxşamır ki və belə hesabat açıqlamaqda hansısa siyasi məqsədlər varmı? Politoloqun fikrincə, Vikiliks daha çox siyasi və kadrarxası prosseslərin üzərinə işiq salırdı: "Burada isə dünyada iqtisadi böhranın yaşandığı bir dövrdə hansısa bir qrup məmurun külli miqdarda pul mənimsəməsindən söhbət gedir".

Vikiliks saytının yaradıcısı Culiyan Asanc 2006-cı ildən gizli məlumatları yaymağa başladı. O, 1,2 milyon gizli məlumat bazası əldə etdiyini bildirmiş və ABŞ diplomatlarının gizli yazışmalarını yaymışdı. Bu məlumatlar dünyada siyasi münasibətlər sisteminə təsirsiz ötüşmədi.

Xəbər lenti
0