Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Azərbaycanda yolların konkret sahibi yoxdur"

© Sputnik / Murad OrujovFazil Məmmədov
Fazil Məmmədov - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Əvvəl yeni asfalt qatı çəkilir, bir ay keçməmiş isə onu dağıdaraq kanalizasiya xətləri çəkirlər. Lakin Yol Nazirliyi və ya digər oxşar vahid məsul təşkilat olsaydı, oxşar problemlər yaranmazdı"

“Azərbaycanda yolların konkret sahibi yoxdur”
BAKI, 31 mart — Sputnik. "Nəqliyyat Nazirliyinin üzərinə çox məsuliyyət qoyulub, nəqliyyatdakı problemlər haqqda danışanda isə elə alınır ki, sanki onların əksəriyyəti ona aid deyil". Bu gün Sputnik Beynəlxalq Mətbuat Mərkəzində, "Şəhərdə güclü yağış zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi" mövzusunda keçirilən mətbuat konfransında, "Sürücülərin maariflənməsinə yardım" İctimai Birliyinin sədri Fazil Məmmədov belə deyib.
Bakıda yağış - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakını üzən şəhərə çevirməyə çalışan kimdir?

"Bir tərəfdən nazirliyin gördüyü işlər kifayət qədər yaxşı deyil, digər tərəfdən isə yolların vahid bir sahibi yoxdur, onlar müəyyən icra qurumları arasında bölünüb. Vahid sahib olmadığı üçün, əsas yollara asfalt qatı çəkmək məqsəd idi, texniki lyuklar isə sistemsiz şəkildə salınırdı", —deyib ekspert.

O, hesab edir ki, belə olan halda sağ əlin sol əldən xəbəri olmur: "Əvvəl yeni asfalt qatı çəkilir, bir ay keçməmiş isə onu dağıdaraq kanalizasiya xətləri çəkirlər. Lakin Yol Nazirliyi və ya digər oxşar vahid məsul təşkilat olsaydı, oxşar problemlər yaranmazdı".

F. Məmmədovun sözlərinə görə, Nəqliyyat Nazirliyi yol çəkməli, icra hakimiyyəti buna nəzarət etməli, yol polisi idarəsi isə birbaşa yollara nəzarət etməlidir: "Bundan başqa, yollarda çoxsaylı çuxurlara rast gəlmək olar. Çuxurların dərinliyi 5, uzunluğu 60, eni isə 15 sm-dən artıq olarsa, onların qarşısı müəyən yol-nəqliyyat işarələri ilə alınmalıdır, sürücülər xəbərdar olmalıdırlar. Yoldakı çuxurların çıxıntısı isə 2 sm-dən artıq olmamalıdır. Əgər bunlara riayət olunmazsa, günahkar "Azəravtoyol"dur, məsuliyyəti də o, daşımalıdır".

Ekspert təəssüf edir ki, oxşar çuxurlar səbəbindən baş verən yol-nəqliyyat hadisələrində, adətən sürücülər cəzalanırlar, məsul qurumlar isə cəzadan qurtulurlar. F. Məmmədov həmçinin avtobusların hazırkı vəziyyəti haqda da danışıb: "Nəqliyyat Nazirliyinin strukrurları bütün ictimai nəqliyyata nəzarət etməlidirlər: sürücülərin iş şəraitinə, avtobusların vəziyyətinə və onların hal-hazırda harada olduqlarına. Əvvəllər avtobuslar qarajlarda saxlanılırdı, gecə ərzində onları texniki cəhətdən yoxlayırdılar, səhər isə sürücülər gəlirdi. Sürücüləri də müəyyən yoxlamadan keçirirdilər. Sonra avtobuslara yanacaq doldurulurdu və onlar yola çıxırdılar".

Nazirlər Kabineti - Sputnik Azərbaycan
Nəqliyyat Nazirliyinin daha bir səlahiyyəti alındı

"İndi isə "Baku bus" şirkətindən başqa digər şirkətlərin, çətin ki, qarajları olsun. Sürücülər avtobusları öz evlərinin yaxınlığında və qeyri-müəyyən şəraitdə, yoxlamadan saxlayırlar. Bu isə öz növbəsində nəqliyyat sistemində müəyyən problemlər yaradır", —deyib mütəxəssis.

Nəqliyyat sistemindəki problemlərin bir qisminin həllini isə ekspert cəmiyyətin özündə görür. Onun sözlərinə görə, cəmiyyət kənara çəkilərək yalnız şikayətlənməyə davam edir: "İctimaiyyət də öz növbəsində haqqlarını bilib müəyyən addımlar atsa, bu və oxşar problemlərin həlli daha da sürətlənər".

Xəbər lenti
0