Nəqliyyat Nazirliyinin daha bir səlahiyyəti alındı

© AZƏRTACNazirlər Kabineti
Nazirlər Kabineti - Sputnik Azərbaycan
Abunə olmaq
DİN-ə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin yollarda hərəkət etməsinə xüsusi icazənin rəsmiləşdirilməsi və verilməsi sahəsində səlahiyyət verilib.

BAKI, 5 mart — Sputnik. Nazirlər Kabineti Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nda dəyişiklik edib.

Sputnik-in məlumatına görə, Qaydaya əsasən indiyə qədər iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət etməsinə xüsusi icazənin rəsmiləşdirilməsi və verilməsi Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilib.

Dəyişikliyə əsasən  iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət etməsinə xüsusi icazənin rəsmiləşdirilməsi və verilməsi Nəqliyyat Nazirliyi tərəfindən hərəkət vaxtı və hərəkət sürətinə münasibətdə Daxili İşlər Nazirliyi ilə razılaşdırmaqla həyata keçiriləcək. Digər dəyişikliklə Nəqliyyat Nazirliyinin səlahiyyətlərindən biri ləğv olunub.

Başqa sözlə, indiyə qədər iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin faktiki qabarit ölçülərinin yoxlanılması xüsusi ölçü alətləri və cihazları, ümumi kütləsinin və oxlara düşən ağırlığının təyin edilməsi isə stasionar və daşına bilən xüsusi avtomobil tərəziləri vasitəsilə avtomobil yollarının istənilən sahəsində və nəzarət postlarında (məntəqələrində) Nəqliyyat Nazirliyi və Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilib. Dəyişikliyə əsasən bundan sonra iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin faktiki qabarit ölçülərinin yoxlanılması xüsusi ölçü alətləri və cihazları, ümumi kütləsinin və oxlara düşən ağırlığının təyin edilməsi isə stasionar və daşına bilən xüsusi avtomobil tərəziləri vasitəsilə avtomobil yollarının istənilən sahəsində və nəzarət postlarında (məntəqələrində) yalnız Daxili İşlər Nazirliyi tərəfindən həyata keçiriləcək.

Xəbər lenti
0