Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Əhalinin zərərinin bir hissəsini dövlət, bir hissəsini də banklar kompensasiya etməlidir"

© Photo : Qalib TogrulQalib Toğrul
Qalib Toğrul - Sputnik Azərbaycan
Abunə olmaq
Qalib Toğrul: "Düzdür, banklar vaxtilə əsassız şəkildə yüksək faizlər tətbiq edib, pul qazanıb. Bununla belə, bütün hallarda bankların müştərilərə güzəşt etməli olduğunu düşünmək də doğru fikir deyil"

BAKI, 31 mart — Sputnik. Dollar kreditləri ilə bağlı problem qismən səngimiş kimi görünsə də, əslində əhali arasında çaşqınlıq, banklarda isə sıxıntı davam edir. Birincilər güzəşt, ikincilər çıxış yolunun tapılmasını gözləyir.

Əli Məsimli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Problemli kreditlərlə bağlı qərar qəbul oluna bilər

"Bütün məsələlər bank ilə müştəri arasında bağlanmış müqavilə əsasında tənzimlənir. Burda əsas problem ondan qaynaqlanır ki, müqavilələr bəzən 10 səhifədən artıq olur, böyük müqavilələr olurlar. Müştəri də hesab edir ki, bu, formal bir şeydir. Bankın əməkdaşı da müştəriyə deyir ki, bu formaldır və imza yerlərini ona göstərir. Müştəri də imza atıb krediti götürür. Əgər bu iş sabah məhkəməyə gedəsi olsa, məhz hüquqi sənəd kimi müqavilə götürülür. Çünki, banklar o müqavilələri tərtib edəndə də Azərbaycan qanunvericiliyinə uyğun olaraq tərtib edirlər".

Bunu Sputnik-ə açıqlamasında İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) rəhbəri Qalib Toğrul deyib. Onun sözlərinə görə, manatın qəflətən və böyük həcmdə qiymətdən düşməsi heç kimin proqnozlaşdırmadığı vəziyyət yaranıb: "Ona görə də dollar krediti məsələsinə xüsusi yanaşmaq lazımdır. Bununla bağlı bizim ekspertlər şurası Prezidentə də müraciət edib. Çox yaxşı olar ki, zərərlərin bir hissəsini dövlət, bir hissəsini isə banklar kompensasiya etsin". 

"Əslində banklarda bu proses gedir. Bəzi banklar müştərilərə təklif edir ki, kreditlərini rəsmi kursdan aşağı məzənnə ilə ödəsinlər. Ancaq bu, pərakəndə şəkildə gedir. Burada iki tərəf də zərərə uğrayıb. Düzdür, banklar vaxtilə əsassız şəkildə yüksək faizlər tətbiq edib, pul qazanıb. Bununla belə, bütün hallarda bankların müştərilərə güzəşt etməli olduğunu düşünmək də doğru fikir deyil", —deyə iqtisadçı bildirib.

Azərbaycanda dollar kreditləri ilə bağlı banklarla müştərilər arasındakı mübahisədə yenilik gözlənilir. Bu barədə isə fins.az-a «Demark» hüquq şirkətindən bildirilib. Qeyd edək ki, adı çəkilən şirkət banklarla bağlı məhkəmə mübahisələrində iştirak edir.

ABŞ dolları - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Dollar kreditləri ilə bağlı Prezidentə müraciət edildi

Şirkətdən bildirilib ki, ölkə qanunveriiliyində aşkar edilmiş yeni nüanslar dollarla kredit götürən müştərilərə imkan verir ki, onlar devalvasiya nəticəsində yaranan məzənnə fərqini və düşdükləri zərəri banklardan alsınlar. Söhbət «İstehlakçıların hüquqlarınının müdafiəsi haqqında» qanundan və Mülki Məcəllənin tələbərindən gedir. Şirkətdə iddia edirlər ki, müştərilər bu tələblərdən istifadə edərək dolların bahalaşması nəticəsində üzləşdikləri zərərin banklar tərəfindən kompensasiya edilməsinə nail ola bilərdər.

Xəbər lenti
0