Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Obama-Ərdoğan görüşündə Yaxın Şərqin gələcək konturları müəyyənləşəcək"

© Sputnik / Fuad HasanovƏlimusa İbrahimov, BDU-nun siyasi elmlər üzrə fəlsəfə doktoru
Əlimusa İbrahimov, BDU-nun siyasi elmlər üzrə fəlsəfə doktoru - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq: "ABŞ prezidentinin türkiyəli həmkarı ilə görüşmək qərarı verməsi, miqrant məsələsində Avropa Birliyi ilə aparılan uğurlu müzakirələrdən sonra, türk xarici siyasətinin ikinci nəzərə çarpacaq qələbəsi anlamına gəlir"

BAKI, 30 mart — Sputnik. "ABŞ-la Türkiyə arasında müzakirə ediləsi və Yaxın Şərqin gələcək taleyinə bilavasitə təsir edəcək çoxlu məsələlər var". Bunu Sputnik-ə açıqlamasında BDU-nun professoru, politoloq Əlimusa İbrahimov deyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Barak Obama - Sputnik Azərbaycan
Obamadan Ərdoğana sürpriz dəvət

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Vaşinqtondakı nüvə sammiti çərçivəsində Obama ilə keçirəcəyi görüşün önəmli olduğuna diqqət çəkən İbrahimov, gələcək münasibətlərin sammit zamanı müəyyənləşəcəyini bildirib: "Ərdoğanın Vaşinqtona səfəri diqqətlə izlənilir. ABŞ və Türkiyə arasında müzakirə ediləsi və Yaxın Şərqin gələcək taleyinə bilavasitə təsir edəcək çoxlu məsəslələr mövcuddur. Şübhəsiz, həllini gözləyən məsələlərin 1-2 günlük səfər çərçivəsində müzakirə və həll olunması çətindir. Amma gələcək münasibətlərin konturlarının bu sammit zamanı müəyyənləşəcəyi şübhəsizdir".

Politoloq, Türkiyə Prezidentinin səfəri öncəsi ortaya atılan "Obama Ərdoğanla görüşdən imtina edib" iddialarını isə belə şərh edib: "Vaşinqtona səfər ərəfəsində Obama — Ərdoğan göruşü haqqında müxtəlif versiyalar səslənməyə başladı. Aparıcı analitiklər bu görüşün baş tutmayacağı, Ərdoğanın səfərdən ümidsiz qayıdacağı haqqında mülahizələr irəli sürməyə başladılar. Hətta Dion Nissenbaum və Karol E. Lee kimi məşhur amerikalı jurnalistlər bir az da irəli gedərək, bunu iki lider arasında yaranmış soyuqluqla əlaqələndirirdilər. Təbii ki, Ağ ev haqlı olaraq ABŞ Prezidentinin qrafikinin çox yoğun olmasını görüşün keçirilməsinə mane ola biləcək yeganə arqument kimi irəli sürürdülər. Əllidən artıq dövlət başçısı ilə təkbətək görüşmək Obama üçün praktiki olaraq mümkün deyildi".

"Amma bütün bunlara baxmayaraq sammitin ev sahibi, qeyri-rəsmi olsa belə, Rəcəb Təyyib Ərdoğanla görüşmək haqqında qərar verdi və bu Türkiyə Prezidentinin miqrant məsələsində Avropa Birliyi ilə apardığı uğurlu müzakirələrdən sonra türk xarici siyasətinin ikinci nəzərə çarpacaq qələbəsi anlamına gəlir", —deyib politoloq.

Professor İbrahimov, "Türkiyə nümayəndə heyətini ABŞ tərəfi ilə sıx iş qrafiki gözləyir" deyib. Onun sözlərinə görə, Ərdoğan yola düşməzdən əvvəl müzakirə olunacaq məsələləri belə ifadə etmişdi: "Sammit zamanı biz Paris, Ankara, İstanbul, Brüssel və Lahorda baş verən terror hadisələri fonunda terrorizmə qarşı mübarizə aparmaq üçün ciddi əməkdaşlığın zərurətini müzakirə edəcəyik. Bu səfər zamanı terrorizmə qarşı birgə mübarizə aparmağa nail olmağı qarşımıza məqsəd qoymuşuq".

Vladimir Putin və Barak Obama - Sputnik Azərbaycan
RUSİYA
Putin Vaşinqton sammitini niyə boykot etdi?

Politoloq Ərdoğanın Obama ilə görüşündə Fətullah Gülən məsələsinin də gündəmə gətiriləcəyini bildirib: "Ərdoğan uzun müddətdir ki, Türkiyənin gündəmini zəbt edən Fətullah Gülənə qarşı tədbir görməyi ABŞ rəhbərlərindən istəyəcəyini bildirmişdi. Heç kimə sirr deyil ki, ABŞ-ın Pensilvaniya ştatını özünə qərargah seçmiş Fətullah Gülən zaman-zaman Türkiyə rəhbərliyi və dövlətini təhdid edir. Obama ilə danışıqlarda bu mövzu gündəmə gələcək". 

Əlimusa İbrahimov, Obama-Ərdoğan görüşündə PYD-YPG məsələsinin də müzakirə ediləcəyini söyləyib: "İki dövlət arasında müzakirəyə çıxarılacaq məsələlərdən biri də, PYD-YPG qruplarına baxışlar arasındakı müxtəliflik olacaq. Məlum olduğu qədər, Türkiyə bu təşkilatları terror təşkilatı adlandırır və bu barədə dəfələrlə ABŞ-a sübutlar təqdim edib. Amerika isə Türkiyənin cəhdlərinə baxmayaraq, Yaxın Şərqdə İŞİD-ə qarşı mübarizədə bu təşkilatlara özünün müttəfiqi kimi baxır".

Xəbər lenti
0