BAKI, 28 mar — Sputnik. 5 yaşlı azərbaycanlı Mina Abbasova Budapeştdə keçirilən Bədii gimnastika üzrə Bahar Beynəlxalq turnirinin qalibi olub.
Bu barədə Sputnik-ə Gənclər və İdman nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Turnirdə Rusiya, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Çexiya, Slovakiya, Almaniya, Bosniya-Hersoqovina, İsrail və başqa dövlətlərdən olan idmançılar iştirak edib.
Məlumat üçün bildirək ki, 3 ay bundan öncə Mina Abbasova Budapeşt birinciliyinin 2-si olub.
Qeyd edək ki, Mina Abbasova Budapeştdə yaşayan jurnalist- yazıçı Əzizə Lalayevanın övladıdır.