BAKI, 26 mar — Sputnik. Bu gün futbol üzrə Azərbaycan milli komandası 2016-cı ildə ilk yoldaşlıq görüşünə çıxacaq.
Rəqib Qazaxıstan yığması olacaq.
Oyun hər iki komandanın Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı çərçivəsində gerçəkləşəcək. FİFA-nın son reytinq siyahısında Azərbaycan 300 xalla 112-ci, Qazaxıstan 276 xalla 125-ci pillədə qərarlaşıb. Amma komandalar arasındakı əvvəlki 8 görüşün balansına nəzər yetirdikdə, üstün tərəfin olmadığı görünür. Tərəflər hərəyə 2 qələbə qazanıb, 4 matçda qalib müəyyənləşməyib. Topların nisbəti də bərabərdir — 12:12.
Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki bu oyunda 23 futbolçunun xidmətindən yararlana biləcək. Onların arasında zədəli Rahid Əmirquliyevlə İspaniyanın "Kordoba" klubunda çıxış edən Eddi İsrafilov yoxdur.
Qazaxıstan yığması isə oyuna baş məşqçisiz çıxacaq. Komanda Azərbaycan və martın 29-da isə Gürcüstanla yoldaşlıq görüşündə məşqçilər heyətinə tapşırılıb.
Yoldaşlıq görüşü
19:00. Azərbaycan — Qazaxıstan
Hakimlər: Ali Palabıyık, Ceyhun Sesigüzel, Kerem Ersoy Dördünc.