BAKI, 24 mar — Sputnik. Bu gün 21 yaşadək futbolçular arasında AVRO-2017-nin seçmə mərhələsinin VII qrupunda növbəti oyunlar keçiriləcək.
Azərbaycan millisi Rusiya ilə qarşılaşacaq.
Bu, millimiz üçün yeni ildə ilk qarşılaşma olacaq. Qrupdakı 8-ci matçına çıxacaq millimiz Rusiya üzərində evdə əldə etdiyi 3:0 hesablı qələbənin təsadüf olmadığını sübut etməlidir. Seçmə mərhələdə, VII qrupda hamıdan çox 7 oyun keçirmiş millimizim aktivində 6 xal var.
Qeyd edək ki, qrupumuzda keçiriləcək digər oyunda Almaniya və Farer adaları üz-üzə gələcək.