ELM

Son minilliyin ən şiddətli quraqlığı başlayıb

© earth-chronicles.ruİqlim dəyişikliyi
İqlim dəyişikliyi - Sputnik Azərbaycan
Abunə olmaq
NASA-nın tədqiqatçıları Türkiyədə son 900 ilin ən şiddətli quraqlığının baş verdiyini açıqlayıblar. Bəs, qlobal istiləşmənin Azərbaycana hansı təsirləri olacaq?

BAKI, 23 mart — Sputnik. ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) tədqiqatçıları Türkiyə, İsrail, İordaniya, Livan, Fələstin, Kipr və Suriyanı əhatə edən Şərqi Aralıq dənizi bölgəsində 1998-ci ildə başlayan quraqlığın bəlkə də son 9 əsrin ən şiddətli quraqlığı olduğunu açıqlayıblar. Sputnik milliyet-ə istinadla xəbər verir ki, tədqiqatçıların fikrincə, Aralıq dənizi gələcəkdə insan faktorundan qaynaqlanan iqlim dəyişikliyindən ən çox təsirlənəcək bölgələrdən biridir.

Bu araşdırma göstərdi ki, son şiddətli quraqlıq keçmiş əsrlərdəki təbii quraqlıqlardan fərqlidir. Hazırda Şərqi Aralıq dənizi qlobal istiləşməni yaşayır. Onların fikrincə, insan faktorundan qaynaqlanan iqlim dəyişikliyinin əhəmiyyəti və böyüklüyü təbii iqlim dəyişkənliklərinin səviyyəsindən yuxarıdır.

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov Sputnik-ə açıqlamasında deyib ki, Azərbaycanda 4 ildir quraqlıq baş verir. Kənd təsərrüfatı məhsulları aşağı düşüb. Çünki, su qıtlığı yaranır.

Ekspert deyib: "Türkiyədə baş verən quraqlıq Azərbaycandan yan keçmir. Bizə də təsir göstərir. Əgər Türkiyədə quraqlıq gedirsə, ölkəmizə təsiri olacaq. Azərbaycanın özündə çaylar yavaş-yavaş qurumağa başlayıb. Buna fikir verilmir. Dağlardan, dağətəyi zonalardan suları çəkib Bakıya gətirirlər".

O, hesab etmir ki, oralar quruya bilər: "Yavaş-yavaş əgər havalar soyusa, qarın, yağıntıların miqdarı çoxalsa, düşünürəm ki, bizdə quraqlıq olmayacaq. Ancaq belə getsə, quraqlıq olacaq. Hiss olunur ki, quraqlıq var, çünki, yağıntıların miqdarı azalır".

Mütəxəssis əlavə edib ki, Türkiyədə baş verən hadisə təbbi faktordur. İnsan faktorundan qaynaqlanan iqlim dəyişikliyi ümumiyyətlə yoxdur: "Deyirlər ki, karbon qazını atmosferə tamamilə atmayaq. Amma, karbon qazı atmosferə atıldıqca yaşıllıqlar artır, kənd təsərrüfatı məhsullarının miqdarı artır. İnsan faktoru fikrini ortalığa atıb pul qazanırlar. Bu bir oyundur".

"Əslində baş verən quraqlıq təbii prosesdir. Hər 45-50 ildən bir hava istiləşir və soyuyur. Yeganə odur ki, silahlar var. O silahlarla qasırğa, zəlzələ yarada, meşə yandıra bilərlər", —deyə T. Zeynalov vurğulayıb.

Məsələ ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Sputnik-ə bildirib ki, hər ilin mart ayında Azərbaycanın dağlıq ərazilərində ölçmə işləri aparılır: "Əsas məqsəd dağlıq ərazilərdə qar ehtiyatını müəyyən etməkdir. Bu istiqamətdə artıq 4 ekspedisiya təşkil olunub. Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində biz qar ölçmə işləri aparırıq. Bu ilin aprel, may, iyun aylarında çayların sululuğunun proqnozlaşdırılması üçün qar ölçmə işlərini aparırıq, qar ehtiyatlarını müəyyən edirik. Bundan sonra biz artıq proqnoz verəcəyik ki, bu aprel, may, iyun aylarında çaylarda sululuq necə olacaq. Eyni zamanda, biz həm də Türkiyə və Gürcüstan ərazisində Kür və Araz çayının hövzəsində toplanan qar ehtiyatı barədə məlumatları aldıqdan sonra biz proqnoz hazırlayacağıq ki, çaylarda sululuq necə olacaq".

Ekoloji fəlakət - Sputnik Azərbaycan
"Azərbaycanlılar böyük ekoloji fəlakətlə qarşı-qarşıyadırlar"

Onun sözlərinə görə, bundan əlavə, mövsümi proqnozlar da var: "Həmin aylarda havanın temperaturu, yağıntı necə olacaq. Bütün bunları təhlil edəndən sonra martın sonunda deyə biləcəyik ki, sululuq necə olacaq".

Asif Verdiyevin sözlərinə görə, Azərbaycanda quraqlıq əsasən yay dövründə baş verir: "Yağıntı olmur, yüksək dağlıq ərazilərdə qar az olur ona görə də quraqlıq baş verir. Hətta elə çaylar var ki, birbaşa yağışdan qidalanır. Bunlarda da quruma baş verir. Azərbaycanda 2014-2015-ci ilin yay dövrü quraqlıq keçib. Çaylarda sululuq demək olar ki, az olub. Məlumatları əldə etdikdən sonra martın sonunda biz deyə biləcəyik ki, vəziyyət necə olacaq".

Xəbər lenti
0