BAKI, 19 mart – Sputnik. “Braga-Fənərbaxça oyunuzu izlədim. İlk hissə hər şey normal bitdiyi halda ikinci hissədə tam fəlakət yaşandı. Fənərbaxça rəqibinə yox, hakimə məğlub oldu”. Sputnik Sondakika-ya istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Brüsseldən Ankaraya qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.
Davudoğlu oyunun xorvatiyalı hakimi İvan Bebek-i sərt sözlərlə tənqid edib:
“Vaxtım olmadığı üçün nadir hallarda maç izləyirəm. Ağır iş günündən sonra otağa çəkilib oyunu seyr etdim. İlk hissə yaxşı bitdi, əhvalımız da xoş idi. İkinci hissədə hakimin Fənərbaxça əleyhinə verdiyi ədalətsiz qərarlar bizi çox ciddi narahat etdi. Tam əminliklə deyə bilərəm ki, Fənərbaxça oyunun hakiminə məğlub oldu”.