Bakı, 18 mart-Sputnik. ABŞ-ın Türkiyədəki səfirliyi Novruz bayramı ərəfəsində növbəti terror təhlükəsi ilə bağlı öz vətəndaşlarına xəbərdarlıq edib. Sputnik haber3-ə istinadla xəbər verir ki, səfirliyin mesajında Türkiyədə 17-21 mart tarixləri arasına növbəti terror aktlarının gözlənildiyinə diqqət çəkilir.
Novruz bayramı mərasimlərinin Ankara, İstanbul, İzmir və Adanada martın 20-də qeyd ediləcəyini xatırladan səfirlik, bu şəhərlərdə yaşayan Amerika vətəndaşlarını diqqətli olmağa, insanların sıx olduğu ərazilərdən uzaq durmağa çağırıb.
ABŞ səfirliyi xəbərlıq mesajında 21 martda Diyarbəkirdə qeyd olunacaq Novruz bayramına daha çox insanın toplaşa biləcəyini söyləyib. Vətəndaşlarını nəqliyyat nöqtələri, hökumət binaları və çoxlu insanların toplaşdığı meydanlarda ola biləcək terror hücumlarına qarşı diqqətli olması ilə bağlı xəbərdarlıq edib.