CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Lənkəran camaatı bayram yarmarkasına axışıb

© Sputnik / Rahim ZakirogluLənkəran Dəmiryol Vağzalının qarşısında təşkil olunmuş kənd təsərrüfatı məhsullarının satış yarmarkası
Lənkəran Dəmiryol Vağzalının qarşısında təşkil olunmuş kənd təsərrüfatı məhsullarının satış yarmarkası - Sputnik Azərbaycan
Abunə olmaq
Novruz Bayramı ilə əlaqədar Lənkəran Dəmiryol Vağzalının qarşısında 09:00-dan başlayaraq ərzaq məhsullarının satış yarmarkası keçirilib.

Rahim Zakiroğlu-Sputnik Azərbaycan

BAKI, 17 mart-Sputnik. Hər il olduğu kimi bu il də Novruz Bayramı ilə əlaqədar Lənkəran Dəmiryol Vağzalının qarşısında 09:00-dan başlayaraq ərzaq məhsullarının satış yarmarkası keçirilib.Yarmarkanın təşkilatçısı Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Sosial-İqtisadi məsələlər üzrə müavini İlkin Rəhimov Sputnik-ə bildirib ki, yarmarkada 38-ə yaxın rayonda, o cümlədən, ətraf rayonlarda və paytaxt Bakı şəhərində fəaliyyət göstərən firmaların ərzaq məhsulları satışa çıxarılıb. Ümumilikdə yarmarkaya 485 ton ərzaq məhsulunun çıxarılması nəzərdə tutulub. Qiymətlər isə hazırkı bazar qiymətləri ilə müqayisədə 20-25 faiz ucuzdur. 

© Sputnik / Rahim Zakirogluİlkin Rəhimov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini
İlkin Rəhimov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini - Sputnik Azərbaycan
İlkin Rəhimov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini

Yarmakada böyük canlanma olub. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov da yarmarkaya baş çəkərək təşkilatçılığın vəziyyəti və satışa çıxarılan məhsulların qiymətləri ilə maraqlanıb.

Novruz yarmarkası - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda, Sumqayıtda və Abşeron rayonunda Novruz yarmarkaları keçiriləcək
Sakinlərin bir hissəsi yarmarkada qiymətlərin bazarda olan qiymətlərdən elə də çox fərqlənmədiyini, digər hissəsi isə qiymətlərdən razı olduğunu, bazar qiymətləri ilə yarmarka qiymətləri arasında böyük fərq hiss edildiyini deyiblər.

Arzuman Zəkiyev adlı rayon sakini Sputnik-in əməkdaşına deyib: "Qiymətlərdə elə də fərq yoxdur. Yumurta bazara baxanda cəmi 1 qəpik ucuzdur, başqa məhsullarda da 2-3 qəpik fərq var. Yağ burada başqa yerlərə nisbətən 30-50 qəpik ucuzdur, çayın qiymətində isə fərq yoxdur."

Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsinin sakini Hüseynova Bənövşə ucuzluqdan razı qaldığını deyib: "Qoz ləpəsi, şirniyyat, toyuq, fındıq almışam. Bura bazardan çox ucuzdur. Fındıq bazarda 9 manatadır, burda isə 5 manata, toyuq hər yerdə 3 manatdır, burada 2 manat 60 qəpik, qoz ləpəsi bazarda 12 manata satılır burdan isə 7 manata aldım. Qiymətlər sərfəlidir deyə, fikrim var ki, bayram bazarlığını buradan edim."

Rayon sakini Ədalət Xalıqov isə yarmarkanın təşkilindən razı qaldığını deyib. "Alma, fındıq və ədədlə satılan şirniyyatlar almışam. Alma bazarda 2 manatdır, buradan 1 manat 50 qəpiyə aldım. Aldığım bu şirniyyatın bir ədədi bazarda 45 qəpiyədir, buradan 30 qəpiyə almışam. Fındıq da 5 manatadır" — deyə Xalıqov bildirib.

Qeyd edək ki, yarmarka axşam saatlarına qədər davam edəcək.

Xəbər lenti
0