CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda, Sumqayıtda və Abşeron rayonunda Novruz yarmarkaları keçiriləcək

© Photo : REPORTNovruz yarmarkası
Novruz yarmarkası - Sputnik Azərbaycan
Abunə olmaq
Məqsəd bayramqabağı əhalinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, bazarlarda qiymətlərin süni surətdə artırılmasının qarşısının alınmasıdır.

BAKI, 1 mart — Sputnik. Novruz bayramı ilə əlaqədar 12-20 mart 2016-cı il tarixlərində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakının müxtəlif rayonlarında, Sumqayıt şəhərində və Abşeron rayonu ərazisində kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil ediləcək.

Nazirlikdən Sputnik-ə bildiriblər ki, məqsəd Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, bazarlarda qiymətlərin süni surətdə artırılmasının qarşısının alınmasıdır.

Yarmarkaların mütəşəkkil keçirilməsi üçün Nazirliyin mütəxəssislərindən ibarət işçi qrupları yarmarkalara təhkim olunaraq satılan kənd təsərrüfatı məhsullarının keyfiyyətinə, istehlak üçün yararlı olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Eyni zamanda, yarmarkalarda satılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.

Yarmarkalar aşağıdakı ünvanlarda təşkil olunacaq.

Bakı şəhəri üzrə:  

Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, Bakı kinoteatrının yaxınlığı

Nərimanov rayonu, Keşlə bazarının ərazisi;

Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, Məktəbin arxası

Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4, 3 saylı Xüsusi Təyinatlı Mənzil-kommunal Təsərrüfat Birliyinin yanı

Binəqədi rayonu, Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlıgı.

Sumqayıt şəhəri üzrə (2 yerdə): 

— 12-ci mikrorayon

— köhnə avtovağzalın yanı

Abşeron rayonu üzrə: Xırdalan qəsəbəsi (Şahmat məktəbinin yanı)

Xəbər lenti
0