CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda elmə ayrılan milyonlar necə yeyilir?

© Sputnik / Murad OrujovЗдание Национальной Академии Наук Азербайджана в Баку
Здание Национальной Академии Наук Азербайджана в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
AMEA barədə sensasiyalı açıqlama: Gənc alimlər yaşlı nəslin intriqalarının qurbanına çevrilirlər.

BAKI, 16 mart — Sputnik. 2016-cı ilin dövlət büdcəsində elm xərcləri 135 milyon 186 min 418 manat nəzərdə tutulub. Bu vəsaitlərin 79 milyon 479 min 563 manatı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və onun tabeliyində olan müəssisələrin saxlanılması, 7 525 505 manatı Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, 1 973 586 manatı "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinə ayırmalar, 7 055 505 manatı elm sahəsi üzrə əmək haqqı sisteminin təkmilləşdirilməsi və digər sosial tədbirlər, 4 514 400 manatı elm sahəsi üzrə maddi-texniki təminatın möhkəmləndirilməsi və əsaslı təmir, 4 800 000 manatı isə elm sahəsi üzrə dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri və s. üçün nəzərdə tutulur. Əlbəttə bura elmlə yaxından- uzaqdan əlaqəsi olan xərclər də daxildir. 2015-ci ilin dövlət büdcəsində isə elm xərcləri 150 milyon 457 min 284 manat nəzərdə tutulmuşdu.

Azərbaycanın dövlət büdcəsinin ümumi məbləğinə baxanda bu, o qədər də ciddi vəsaitlər və rəqəmlər sayılmaz. Nəzərə alsaq ki, məsələn, ABŞ-ın Harvard universitetinin bir illik büdcəsi 32 milyard dollar təşkil edir, Azərbaycan elminin və təhsilinin nə qədər ağlamalı gündə olduğunu izah etməyə ehtiyac qalmır. Amma necə deyərlər, medianın borcu dövlət vəsaitlərinin hara və necə xərclənməsinə, xərclərin nə qədər effektiv nəticələrə gətirdiyinə işıq salmaqdır. Sputnik bu gün Azərbaycan elminin, o cümlədən də onun əsas mərkəzlərindən birincisi hesab edilən Milli Elmlər Akademiyasının (MEA) özünü nə dərəcədə doğrultduğuna aydınlıq gətirməyə çalışıb.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Sputnik-ə bildirib ki, bu gün Azərbaycan elminin vəziyyəti çox acınacaqlıdır və bunu demək üçün onun bir neçə ciddi əsası var: "Birincisi, elm adamları şikayətlənirlər ki, elmə ayrılan vəsaitlər azdır. Əlbəttə, Azərbaycanda elmə ayrılan vəsait azdır, amma elm ona ayrılan vəsaiti qaytara bilmir, çünki bizdə elm daha çox görüntü xarakteri daşıyır. Belə fikir var ki, əgər ölkədə ÜDM-un heç olmasa 2%-i elmin payına düşmürsə, deməli, o ölkədə elmdən danışmaq yersizdir. Bu bizdə belədir.

© Sputnik / Murad OrujovИльгар Оруджев, член общественного совета при Министерстве молодежи и спорта АР, руководитель общества молодых ученых, аспирантов и магистров
Ильгар Оруджев, член общественного совета при Министерстве молодежи и спорта АР, руководитель общества молодых ученых, аспирантов и магистров  - Sputnik Azərbaycan
Ильгар Оруджев, член общественного совета при Министерстве молодежи и спорта АР, руководитель общества молодых ученых, аспирантов и магистров
 Bizdə elmin idarə olunması ilə bağlı ciddi problemlər var. Dünyanın elm mərkəzlərinə baxanda görürük ki, orada elmlə təhsil bir yerdədir, elm universitetlərin laboratoriyalarında ərsəyə gəlir. Yeri gəldi-gəlmədi, ölkəmiz üçün heç bir əhəmiyyət daşımayan, strateji önəmi olmayan mövzular üzərində çalışmağa nə ehtiyac var, dövlətin bura vəsait ayırması nəyə lazımdır?"

Gənc alim elm və təhsilin idarə olunmasından başlamağın lazım olduğunu deyib: "Elm və təhsilin idarə olunması bir araya gətirilməlidir. Azərbaycanda elmi idarə edən mərkəzi icra hakimiyyəti yoxdur. Bu sahədə pərakəndəlik hökm sürür. Bunun üçün elm, təhsil və texnologiyalar nazirliyinin yaradılmasına ehtiyac var."
"Əksəriyyət bu fikirdədir ki, Azərbaycanda elm sahəsindəki insanlar yaşlıdırlar, 65 yaşdan 90-a qədər. Ümumiyyətlə, elmdə yaş senzi varmı və necə etmək olar ki, gənc nəsil elm sahəsinə daha çox meyllənsin?" sualının cavabında İ.Orucov deyib ki, rəsmi statistikaya görə, hazırda Azərbaycan elmində orta yaş 65-dən yuxarıdır: "Deməzdim ki, yaşlı adamlar elm sahəsinə töhfə verə bilməzlər. Amma xaricdəki təcrübəyə baxsaq görərik ki, o yaşlı insanlar sadəcə, məsləhətçi kimi fəaliyyət göstərirlər və verdikləri məsləhətin əvəzində də qonorar alırlar. Həm də yaşlı alimlərin yaratdıqları elmi məktəblər olur və həmin məktəbləri yaşatmaqda daha çox maraqlıdırlar. Ambisiyaları da yalnız elmə xidmət etməkdən başqa bir şey deyildir. Bəs bizdə reallıq nədən ibarətdir? Belə bir zərərli tendensiya var ki, bu yaşlı insanlar bir çox hallarda gənc nəslin elmdən soyumasına səbəb olurlar. Onların düşüncə tərzinə görə, hər şey öz əllərində olmalıdır və onların razılığı, xeyir-duası olmadan, heç kəs elmlə məşğul ola bilməz."

Национальная Академия Наук Азербайджана. Архивное фото - Sputnik Azərbaycan
CƏMİYYƏT
Elmlər Akademiyası şəxs adlarına nəzarəti ələ keçirmək istəyir
Gənc alimlərin qarşılaşdıqları problemlərə toxunan İ.Orucov deyib ki, 2016-cı ildə imtahanlarda ingilis dili ilə bağlı yüksək səviyyə tələb olunub. O, isə elə bir səviyyədir ki, gənc insan bu səviyyədə ingilis dilini biləndən sonra gedib hansısa şirkətdə yüksək maaşa işləyər, çox aşağı maaşa elm sahəsinə gəlməz. Azərbaycanda elm adamlarına o qədər baryerlər, şərtlər qoyurlar ki, adam yüksək səviyyədə ingilis dilini bilirsə, gedib xaricdə oxumağa üstünlük verir: "Gəlin görək dil bilgisini tələb kimi qoyanlar özləri ingilis dilini bilirlərmi? Birmənalı olaraq demək olar ki, xırda istisnaları nəzərə almasaq, heç elementar səviyyədə belə bilmirlər. Əlbəttə, gənclər ingilis dilini bilməlidirlər, dünyada gedən elmi proseslərdən xəbərdar olmaq üçün bu önəmlidir. Amma elmdə bu tələbi birdən-birə qoymaq, gənclikdə elmə olan son marağı da öldürmək deməkdir. Fikirləşirəm ki, xarici dil orta məktəblərdən ikinci ana dili səviyyəsində tədris olunmalıdır. Və artıq elmə gəlmək istəyən gənc bu problemlə rastlaşmayacaq. Bunun üçün isə haradasa 10 il vaxt lazım gələcək. Yaşlı nəsil birbaşa Azərbaycanda elmin idarə olunmasından uzaqlaşdırılmalıdır. Bizim istər Azərbaycanda, istərsə də xaricdə yaxşı təhsil almış, novatorçu gənclərimiz var ki, onlar dünyada gedən elmi proseslərdən xəbərdardırlar və o yenilikləri Azərbaycana gətirə biləcəklər. Həmin gənclərə meydan verilməlidir, onların yolu açılmalıdır. Gənclər xaricdə gedən proseslərdən xəbər tutsunlar deyə, vaxtaşırı ezamiyyətə göndərilməlidirlər, təkmilləşmə kursları keçməlidirlər və yenidən ölkəyə gəlib elmə rəhbərliyi həyata keçirməlidirlər. Nə qədər ki, Azərbaycan elmində yaşlı və cavan nəsillərin arasında münaqişə olacaq, elm inkişaf etməyəcək. Biz nə qədər gizlətsək də, bu gün nəsillər problemi mövcuddur. Bir çox hallarda o gənclər yaşlı nəslin intriqalarının qurbanına çevrilirlər. Əgər hansısa iki elmi rəhbər arasında münaqişə varsa, onun əziyyətini gənc tədqiqatçılar çəkir." 

Gənc alimin fikrincə, elmin bu gündə olmasının başlıca səbəblərindən biri də odur ki, gənclər sözügedən neqativləri öz aralarında danışsalar da, onu ictimailəşdirməyə qorxurlar.

İ.Orucovun sözlərinə görə, elmdəki başqa problem yaşlı nəslin cavan nəslə qısqanclıqla yanaşmasındadır: "Mən bunu təcrübədə görmüşəm. Biz 2013-cü ildə ümummilli lider Heydər Əliyevin 90 illliyi münasibətilə Azərbaycanda ilk dəfə olaraq Avropa Gənc Alimlərinin Bakı Forumunu keçirmişik. 2014-cü ildə də bir həftəlik Dünya Gənc Alimlərinin Forumunu təşkil etdik. Dünyanın 96 ölkəsindən 500-dək gənc alimi Bakıya topladıq. Onlar dünyada gedən elmi yenilikləri müxtəlif panellərdə, konfranslarda bir-birilərinə çatdırıblar, fikir mübadiləsi aparıblar. Mən onda yaşlı nəslin bizə qarşı necə qısqanclıqla yanaşmağının bir daha şahidi oldum. Bu tədbirə dəstək vermək əvəzinə maksimum çalışırdılar ki, mane olsunlar, onun baş tutmasına imkan verməsinlər. Halbuki, biz bu cür tədbirləri Cənab prezidentin gənclərin təşəbbüslərinin reallaşması istiqamətində yaratdığı unikal imkanlara arxalanıb keçirirdik, ölkəmizi tanıdırdıq, Bakını elmi mərkəz kimi təqdim etmək istəyirdik. Amma, qarşılaşdığımız uzağı 20-30 MBD və ya Şərqi Avropa ölkəsindən Bakıya alimləri gətirmək iqtidarında olan insanların maneələri ilə üzləşməli olduq.

Этибар Алиев - Sputnik Azərbaycan
Gedin baxın, görün elmi şuralarda nə baş verir?
Orucov elmə ayrılan vəsaitlərin kor-koranə şəkildə təmir-tikinti işlərinə xərclənməsinə də münasibət bildirib: "Mən AMEA-nın təmirinin, ora bahalı avadanlıqların alınmasının tərəfdarıyam. Amma bizdə hansısa tədqiqatı aparmaq üçün çox bahalı bir avadanlığı Akademiyanın və ya hansısa digər ali məktəblər təkrar alırlarsa bu yaxşı hal deyil. Əgər o avadanlığın birindən hamının istifadəsinə imkan yaradılsa, əlavə məsrəfə ehtiyac qalmaz. Mən dünyanın çox elm mərkəzində olmuşam. Amma inanın ki, binanın təmiri elmin səviyyəsini göstərmir. Təmir yaxşıdır, amma bahalı təmirlər izafi xərclərdir və elmin səviyyəsi bununla ölçülmür. Bü gün Azərbaycan lazımsız elmi işlərə vəsait sərf etməkdən qaçmalıdır. Dövlət yalnız dəstəklədiyi elm sahələrinə vəsait ayırmalıdır. Azərbaycan alimlərinin kifayət qədər problemləri olduğu halda institutların gözqamaşdırıcı təmirlərinə bu qədər vəsaitləri buraxmağa nə ehtiyac var? Elmin inkişafı adı ilə bu vəsaitləri niyə dağıdırlar? "

İ.Orucov hesab edir ki, elm sahəsindəki bu problemləri aradan qaldırmaq üçün ictimai iştirakçılıqla bağlı qanuna yenidən baxılmalıdır. "İctimai nəzarət təkcə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına deyil, eyni zamanda publik hüquqi şəxslərə də, eyni zamanda dövlət vəsaiti hesabına yaşayan EA-ya da şamil edilməlidir. Əslində reallıq bundan ibarətdir ki, əgər AMEA publik hüquqi şəxsdirsə, külli miqdarda dövlət vəsaitlərini bura yönləndirməyə də ehtiyac yoxdur. Publik hüquqi şəxs olaraq o özü vəsait qazanmalıdır. Əgər bu gün AMEA özü pul qazana bilmirsə, tamamilə dövlət vəsaitlərindən asılıdırsa, bura vəsait sərf etməkdən əl çəkmək lazımdır. Yox əgər dövlətin kifayət qədər vəsaitləri bura axıdılırsa, niyə bura ictimai nəzarət olmasın?! Onların fəaliyyəti monitorinq edilməlidir ki, bu vəsaitlər nə cür istifadə olunur, ayrılan pulların nə qədər hissəsi bizə qazanc şəklində geri qayıdır. Reallıq ondan ibarətdir ki, monitorinq aparılsa, cüzi bir hissənin qayıtdığı görünəcək."

Elmin İnkişafı Fondunun qrant müsabiqəsi - Sputnik Azərbaycan
Elmlə məşğul olanların nəzərinə: 8 milyonluq qrant ayrıldı

Azərbaycanda humanitar və ictimai elmlər sayəsində son illərdə, ciddi tədqiqatlar aparıldığını da deyən gənc alim eyni zamanda hesab edir ki, ictimai və humanitar elm sahəsində ixtisaslaşmış qurumlar arasında da kifayət qədər təkrarçı müəssisələr var: "AMEA-nın nəzdində yaxın elm sahələrinin tədqiqi ilə məşğul olan xeyli sayda institutlar mövcuddur. Tarix İnsitutu və Arxeologiya və Etnoqrafiya İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyi, Ədəbiyyat, Folklor, Dilçilik İnstitutları, yaxud İdarəetmə Sistemləri və İnformasiya Texnologiyaları İnstitutları və s. Sonuncu iki institut müasir informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi vaxtda dünya informasiya texnologiyaları elminə heç bir töhfə verməyib. Heç bir töhfə vermirlərsə, müxtəlif adlar altında çoxsaylı institutları saxlamağa nə ehtiyac var? Əminəm ki, nə vaxtsa bu ixtisarlar və birləşmələr olacaq. Amma, nə qədər tez olsa, bir o qədər faydalı olar." 

Hesab edirəm ki, ayrı-ayrılıqda yaxın profilli institutların hər birinin administrativ xərcləri, texniki heyətinin saxlanması böyük israflardır. Fərqli adlar altında hansısa resurs yaratmaq elmdə islahat aparmaq demək deyil. İnzibati xərclərə qənaət etməklə bu vəsaitləri 250-300 manat əmək haqqı alan gənc elmi işçilərə vermək daha faydalı olar.

Gənc alimin fikrincə, neft xərclərinin azaldığı bir vaxtda hər bir qəpiyin necə xərclənməsinə ciddi nəzarət edilməlidir. O, son dövrlərdə ölkədə baş verənlərin fonunda elmin öz sözünü deyə bilmədiyini vurğulayıb: "Mən elə bir ciddi araşdırmaya rast gəlmədim. Belə böhranın olacağını, ölkəmizin ciddi itkilərlə üzləşəcəyini heç kəs deməsə də, alimlər deməli idi. Onlar bunu deməyə borclu idilər, çünki Akademiya illərdir dövlətin hesabına yaşadılır. Ən azından proqnozlar verilməliydi, bu problemlərdən çıxış yolları akademik səviyyədə tədqiq edilməli idi, elmi yanaşma ortaya qoyulmalı idi. Amma görünən odur ki, heç bir tədqiqat aparılmayıb və heç bir proqnoz ortaya qoyulmayıb, çıxış yolları da göstərilməyib. Baş verənlər bir daha göstərdi ki, Azərbaycanda elm cəmiyyətin bütün sahələrinə münasibətdə öz sözünü deyə bilmir, ümumi inkişafdan xeyli geri qalır. Elm cəmiyyətin, dövlətin lokomotivi deyilsə, o cəmiyyətdə və dövlətdə elmdən danışmaq gülüncdür."

Xəbər lenti
0