Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Novruz bayramında hazırlanan şirniyyatların resepti

Abunə olmaq
Novruz baharın gəlişini bildirən bayramdır. Həm böyüklər, həm də uşaqlar ənənəvi bahar şənliyini, hədiyyələri və bayram şirniyyatlarını səbirsizliklə gözləyirlər. Novruz hazırlıqları artıq başlayıb.

Bu günlər hər bir evdə səməni, qoz-fındıq, innab, iydə və təbii ki, şəkərbura, paxlava və qoğaldan ibarət olan xonça qurulur. Bakı qəsəbələrindən birində Xudabaxşıyevlər ailəsi bayrama, daha doğrusu isə İlaxır çərşənbəyə hazırlığa başlayıb. Evin xanımları, onlardan biri Sputnik-in əməkdaşıdır, paxlava və şəkərburanın hazırlanma sirlərini tamaşaçılarımızla bölüşürlər.

Birinci ənənəvi Novruz şirniyyatı olan dadlı paxlavadan başlayırıq.

Tərkibi:
Xəmir
kərə yağı 100 q
yumurta 2 ədəd
xama 250 q
bitki yağı 3 xörək qaşığı
maya 1 xörək qaşığı
vanil zövqə görə
duz 1 çimdik
qoz ləpəsi 700 q

İçlik
şəkər tozu 550 q
üyüdülmüş hil 3 xörək qaşığı
vanil zövqə görə
şəkər tozu 3,5 stəkan

Şirə
su 2 stəkan
Şirə — Şərbət
dəmlənmiş zəfəran zövqə görə
əridilmiş kərə yağı 1 stəkan
[
Xəmiri yoğururuq və acıması üçün isti yerə qoyuruq. Xəmir acıyanadək içliyi hazırlayırıq: qozun üzərinə şəkər tozu, vanil və zəfəran əlavə edərək onları blenderdən keçiririk. Paxlavada 12 qat olacaq. İçlik onların hər birinin arasında bərabər bölünməlidir. Xəmiri unlanmış səthə qoyuruq və 14 hissəyə bölürük, kündələyirik. Əvvəlcə 1-ci kündəni yayırıq, hər iki tərəfini kərə yağı ilə yağlayırıq. Xəmirin qatı nazik yayılmalı, bu tərəfindən baxanda o tərəf görünməlidir. Alta iki belə lay qoyuruq ki, paxlavanın altı möhkəm olsun.

İkinci xəmir qatının üstünə içliyi tökürük və bərabər səviyyədə yayırıq. Ardınca 1 qat xəmir, bir qat içlik qoymaqla bütün layları üst-üstə yığırıq. Axırıncı xəmir qatını yayıb paxlavanın üstünə açırıq, lakin üstünə içlik səpmirik.

Paxlavanı kəməyə başlayırıq. Yadda saxlayın ki, paxlavanı nə qədər gözəl kəssəniz, bir o qədər də süfrədə gözəl görünəcək. Paxlavanı elə bərabər hissələrə kəsmək lazımdır ki, romblar alınsın. Paxlavanın üzərinə dəmlənmiş zəfəran şirəsini sürtürük və hər bir rombun üzərinə qoz ləpəsinin 1/4-ini qoyuruq. Sonra paxlavanı 5 dəqiqəlik isti dxovkanın içinə qoyuruq ki, özünü tutsun. Onu çıxarırıq, yenidən aralarını kəsirik, üzərinə 1 stəkan əridilmiş kərə yağını töküb yenidən dxovkaya qoyaraq 15 dəqiqə bişiririk.

Şərbət hazırlamaq üçün 3,5 stəkan şəkər tozunun üstünə su töküb qaynamağa qoyuruq. Onun üzərinə zəfəran dəmini əlavə edirik. Paxlavanı çıxarırıq, aralarını yenidən kəsirik və şərbəti üzərinə tökürük. Paxlavanı daha 10 dəqidə dxovkaya qoyuruq ki, eyni cür rəng alana qədər qızarsın. 10 dəqiqədən sonra dxovkanı söndürürük, qapağını açırıq ki, paxlava soyusun.

Şəkərburanın inqridiyentləri — xəmir və içlik də paxlavanınkı ilə eynidir. Sadəcə, şəkərbura üçün xəmiri kiçik kündələrə bölünür, diametri 10 sm yayılır. Xəmirin arasına içlik qoyulur, ehmalca qatlanır və kənarları hörük formasında bükülür. Maqqaşın köməyi ilə üzərinə bəzək vurulur.

Şəkərburalar perqament kağızının üzərinə düzülür və 180 dərəcə istiliyi olan sobada 10-15 dəqiqə ərzində bişirilir. Şəkərbura idealda dolu və incə naxışlarla bəzədilmiş olmalıdır.

Hazır şəkərburaları soyuyandan sonra ağzı bağlı qabda saxlamaq lazımdır ki, qurumasın.

Nuş olsun! Qarşıdan gələn bayramınız mübarək!

Xəbər lenti
0