BAKI, 11 mart – Sputnik. Vyetnamın Xoşimin şəhərində keçirilən “6-cı HD Bank Kuboku“ beynəlxalq şahmat turnirində 6-cı turun görüşləri başa çatıb.
Şahmat federasiyasının mətbuat xidmətidən Sputnik-ə verilən məlumata görə, Vasif Durarbəyli 6-cı turda Hindistan təmsilçisi Diptayan Qoşla sülh bağlayıb. 6 oyundan 4 xal toplayan Durarbəyli 6-19-cu yerləri bölüşdürərək, əlavə göstəricilərə görə 9-cu pillədə qərarlaşıb.
Xatırladaq ki, İsveçrə sistemi ilə 9 turdan ibarət keçirilən yarışda 16 ölkədən 76 zəka sahibi birincilik uğrunda mübarizə aparır.