Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Novruz haqqında bunları bilirdiniz?

© Sputnik / Fuad Hasanovİlqar Hüseynov, kulturoloq
İlqar Hüseynov, kulturoloq - Sputnik Azərbaycan
Abunə olmaq
Tanınmış kulturoloq İlqar Hüseynov: "Novruz bayramı İslam dinindən çox-çox əvvəllər qeyd edilməyə başlanıb. Bunu tam əminliklə deyirəm. Novruzun İslam dini ilə heç bir əlaqəsi yoxdur"

BAKI, 11 mart — Sputnik. Novruz Azərbaycanın ən qədim bayramlarındandır. Novruz bayramında fərqli adət-ənənələr var ki, biz bu adətləri yaşadırıq, amma mənalarını dərindən bilmirik. Bu mövzuda Sputnik-in əməkdaşı, Azərbaycanın tanınmış kulturoloqu, Mədəniyyət və İncəsənət Universitetinin professoru İlqar Hüseynovla həmsöhbət olub.

- İlqar müəllim, Novruz bayramına kimi 4 çərşənbə qeyd edilir. Amma bəzi regionlarda Yel və Torpaq çərşənbəsini fərqli qeyd edirlər. Bəziləri Yel çərşənbəsini 3, bəzi yerlərdə 4-cü çərşənbə kimi qeyd edirlər. Əsl çərşənbə sıralaması necə olmalıdır?

Kulturoloq: Novruz bayramı Azərbaycanın regionlarında xüsusi təmtəraqla keçirilir - Sputnik Azərbaycan
VİDEO
Kulturoloq: Novruz bayramı Azərbaycanın regionlarında xüsusi təmtəraqla keçirilir

— Nəsrəddin Tusinin "Əxlaqi-Nasir" əsərində çərşənbələrin ardıcıllığı belə qeyd edilib: Su — dağlarda qarın əriməsi, çaylarda suyun çoxalması bolluğun artması. Od — tarixən bizim atəşə münasibətimizdən xəbər verir. Dünyanın yaranmasının 4 ünsüründən biridir. Azərbaycan "odlar yurdu" kimi də tanınır. Üçüncü Yel çərşənbəsi gəlir. Bu çərşənbədə artıq hava dəyişir. Hava artıq istiləşir və təbiətdə canlanma başlayır. 4-cü çərşənbə sonuncu və əsas çərşənbədir. Torpağın oyanması və yaz çiçəklərinin torpaqdan baş qaldırmasının şahidi oluruq.

- Qeyd edirlər ki, bu bayram islam dini ilə bağlıdır. Doğrudur?

— Əsla elə deyil. İslam dini 7-ci əsrdə yaranıb. Amma Novruz bayramı İslam dinindən çox-çox əvvəllər qeyd edilməyə başlanıb. Bunu tam əminliklə deyirəm. Novruzun İslam dini ilə heç bir əlaqəsi yoxdur.

- Bayram zamanı yumurtaların boyanması nə anlam kəsb edir?

- Bölgələrdə əvvəllər bir gecədə 300-400 yumurta boyayırdılar və uşaqlara paylanırdı. Həm uşaqları sevindirmək üçündür, həm də ruzi — bərəkər rəmzidir. Yumurta döyüşdürmək isə xeyirin şər üzərində qələbəsi deməkdir.

- Hansı ölkələr bu bayramı qeyd edir?

— Tatarıstan, Özbəkistan, Qazaxıstan, İran, Türkiyə. Ən yüksək səviyyədə İran və Azərbaycan bu bayramı qeyd edir.

- Azərbaycanın da bölgələrində fərqli şəkildə keçirilir Novruz bayramı. Nə kimi fərqlər var?

— Fərqlər çoxdur. Məsələn cənub bölgəsində Novruz bayramında süfrədə mütləq balıq olmalıdır. Elə ev tapmazsan ki, orada balıq ləvəngisi süfrəyə qoyulmasın. Quba-Qusarda da özlərinə xas milli təamları süfrədə olur. Bir sözlə, bu bayramda milli yeməklər süfrəni bəzəyirlər.

Празднование Новрузз байрамы в Шеки. Архивное фото - Sputnik Azərbaycan
Novruz tətili üçün cəlbedici təkliflər...

- Şəkərbura-paxlavaların naxışlarının hansısa rəmzi mənası var?

— Bu da fərqlidir. Regionlarda öz mentalitetlərinə uyğun olaraq şəkərburaya naxış vururlar, necə ki xalçaların naxışları fərqlidir, eləcə də şəkərbura, paxlavaya vurulan naxışlar da belə fərqli olur. Bu şirniyyatlar da bolluq rəmzidir.

- İlqar müəllim, Novruz sözü hardan gəlir?

— Fars mənşəlli sözdür. Nov — yeni, ruz — gün deməkdir. Yəni yeni gün, yeni il, ruzi bərəkət deməkdir.

- Novruz bayramında fallara baxılır, xüsusi inanclara inanılır. Bu nə dərəcədə doğrudur?

— Bunlar mifoloji inanclardır. Əslində insanların inamlarına görə belə edirlər. Bu da əsrlərdən gələn bir ideyadır. Bayramın özü niyyət bayramıdır. Ona görə belə ənənələr var. Bir sözlə gözəl adət-ənənələri olan bu bayramda hər mərasim gözəlliklərlə boldur. İllərdən süzülüb gələn bu bayramımızı qoruyub gələcək nəsillərə ötürək.

Xəbər lenti
0