Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"İranın Kürdüstan neftini daşımaq niyyəti Türkiyə ilə münasibətləri korlamayacaq"

© Photo : Şəxsi arxivindənUmud Şukri, iranlı politoloq
Umud Şukri, iranlı politoloq - Sputnik Azərbaycan
Abunə olmaq
Umud Şukri: "İran dövləti həm şimal-cənub koridorunda aktiv rol oynamağa çalışır, həm də bölgədəki enerji resurslarını dünya bazarına özünün çıxarmasına can atır. İraqın şimalındakı Regional Kürd Rəhbərliyi ilə yeni neft daşıma anlaşması da bu istiqamətdədir"

BAKI, 11 mart — Sputnik. "Qərbin tətbiq etdiyi beynəlxalq sanksiyaların ləğvindən sonra İran enerji sahəsində öz payını almaq üçün çalışır və buna ciddi səy göstərir".

Kürdüstan lideri Məsud Bərzani - Sputnik Azərbaycan
TƏHLİL
"İraq kürdləri Türkiyəni İrana dəyişməyəcəklər"

Bunu Sputnik-ə açıqlamasında, İraq Kürdüstanı ilə Tehran arasında iddia olunan neftdaşıma razılığına münasibət bildirən iranlı politoloq Umud Şukri deyib. Onun sözlərinə görə, İranın uzunmüddətli inkişaf strategiyasında enerjidə mərkəz və tranzit ölkə olma hədəfləri var: "İran dövləti həm şimal-cənub koridorunda aktiv rol oynamağa çalışır, həm də bölgədəki enerji resurslarını dünya bazarına özünün çıxarmasına can atır. İraqın şimalındakı Regional Kürd Rəhbərliyi ilə yeni neft daşıma anlaşması da bu istiqamətdədir".

Politoloq, İranla kürd bölgəsi arasında ola biləcək razılaşmanın Türkiyə ilə ikili əlaqələrə mənfi təsir göstərməyəcəyini də deyib. Umud Şukri öz fikrini Əhməd Davudoğlunun Tehrana keçən həftəki səfəri ilə əlaqələndirib.

"Türkiyənin baş naziri Əhməd Davudoğlunun keçən həftəki İran səfəri əlaqələri daha da inkişaf etdirmək məqsədi daşıyırdı. Bu səbəblə düşünmürəm ki, İraq Kürdüstanı ilə ola biləcək razılıq Ankara-Tehran əlaqəsini korlasın", —deyə siyasi təhlilçi bildirib.

Xatırladaq ki, İran hökuməti İraqın şimalındakı regional Kürd rəhbərliyinə bölgə neftini dünya bazarına İran şirkətlərinin çıxarmasını təklif edib. Halbuki, 1 il öncə qəbul olunmuş qərarla kürd rəhbərliyi bu işi türk şirkətlərinə həvalə etmişdi. Sözügedən təklifi kürd rəhbərliyinə İranın Süleymaniyədəki baş konsolu Səidullah Məsudi çatdırıb. Məsələyə hələlik nə Bağdad, nə də rəsmi Tehran aydınlıq gətirib.

Xəbər lenti
0