Ərəb şeyxlərindən sensasiyalı açıqlama: "Qadınlara..."

© saudar.netHicablı qadınlar
Hicablı qadınlar - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Səudiyyə Ərəbistanı alimlərinin kollegiyası: "Qadınlar əslində məməlilərdirlər və onlara digər məməli heyvan növləri - dəvələr, birhürgüclü dəvə və hətta keçilər kimi eyni hüquqlar verilməlidir"

BAKI, 11 mart — Sputnik. "Qadınlar əslində məməlilərdirlər və onlara digər məməli heyvan növləri — dəvələr, birhürgüclü dəvə və hətta keçilər kimi eyni hüquqlar verilməlidir". İslaminsesi-nin verdiyi məlumata görə, bu sensasiyalı açıqlama Səudiyyə Ərəbistanı alimlərinin kollegiyası tərəfindən verilib. Onlar apardıqları "araşdırmalardan" sonra belə görünməmiş qənaətə gəliblər.

Səudiyyə Ərəbistanında şahmat oyunu - Sputnik Azərbaycan
Səudiyyə Ərəbistanında şahmat qadağan edilir

Fransanın "Journal de Montreal" media saytı bu məsələyə ayırdığı xəbərində belə yazıb: "Dünya üzrə olan qadın haqları müdafiəçisi dərnəkləri səudiyyəli alimlərin bu antropoloji kəşfini lağ mövzusu edərək belə tənqid ediblər:

Səudiyyə alimlərinin yeni kəşfi həqiqətən tarixi bir dönüş nöqtəsidir. Çünki dünənə qədər Ərəbistanda qadının dəyəri bir ev əşyası qədər idi. Amma artıq o, dəyər qazanıb və bu gün heyvanların malik olduğu hüquqlara da malikdir. Daha əvvəl Ərəbistanda qadın cansız bir əşya kimi idi amma artıq elə deyil. Artıq o da ən azı dəvə və keçi qədər dəyərlidir. Ərəbistanlı qadınlar insan sayılmaq üçün bir qədər gözləyəcəklər. Olsun, Səudiyyə alimlərinin yeni kəşfləri onların bu istiqamətdəki yolunu açacaqdır".

Xəbər lenti
0