Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Dövlət qurumları ictimai şuraları "beşiyində boğur"

© Sputnik / Murad OrujovSputnik Beynəlxalq Mətbuat mərkəzində "İcra hakimiyyəti orqanlarına nəzarətin mexanizmi: təcrübə və təkliflər" mövzusunda keçirilən "dəyirmi masa"nın iştirakçıları
Sputnik Beynəlxalq Mətbuat mərkəzində İcra hakimiyyəti orqanlarına nəzarətin mexanizmi: təcrübə və təkliflər mövzusunda keçirilən dəyirmi masanın iştirakçıları - Sputnik Azərbaycan
Abunə olmaq
"Beş-altı dost-tanışı və QHT-ni toplayıb ictimai şura yaratmaq əslində faydasızdır. Dövlət qurumları özləri ictimai şuraların işlək olmasında maraqlı deyil. Bizim əsas problemimiz də bundan ibarətdir"

Məqsəd vətəndaşları dövlət idarəçiliyinə cəlb etməkdir
BAKI, 10 mart — Sputnik. "Əksər icra qurumları icitmai şuraların yaradılmasında maraqlı deyil. Bu prossesi nəyə görə ləngidirlər? Qorxurlar ki, bu nəzarət həmin icra qurumlarının siyasətinə müdaxilə kimi baş verər. Bu da nəticə etibarı ilə hansısa bir formada dövlət siyasətinin həyata keçirilməsində çətinlik yarada bilər. Bu isə ümumiyyətlə ictimai şuralar və ictimai nəzarətin mahiyyətini düzgün dəyərləndirməməkdən irəli gəlir".
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası - Sputnik Azərbaycan
Vətəndaş məmurun fəaliyyətinə necə nəzarət edə bilər?

Bu fikirləri bu gün Sputnik Beynəlxalq Mətbuat mərkəzində, "İcra hakimiyyəti orqanlarına nəzarətin mexanizmi: təcrübə və təkliflər" mövzusunda keçirilən "dəyirmi masa"da, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov səsləndirib. Onun sözlərinə görə, faktiki olaraq ictimai iştirakçılıq haqqında qanunda açıq-aşkar yazılıb ki, ictimai şuralar bu və ya digər icra qurumu tərəfindən həyata keçirilən dövlət siyasətinin daha təkmil şəkildə həyata keçirilməsinə xidmət edən bir qurumdur.

"Bu ictimai şuraların əsas mahiyyəti ondan ibarətdir ki, bu sahədə həyata keçirilən siyasətə nəzər yetirir. Həmin siyasətin hansısa elementləri üzrə güclənməsinə ehtiyac varsa, o elementləri üzə çıxarır. İctimai şura səviyyəsində mütəxəssisləri, ekspertləri cəlb eləməklə, həmin elementlərin daha da təkmil şəkildə qurulmasına xidmət edən təklifləri hazırlayır və bunu icra qurumlarına təqdim edir", —deyə ekspert bildirib.

Tədbirdə iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədr müavini Davud Rəhimov bildirib ki, əsas məqsəd vətəndaşları dövlət idarəçiliyinə cəlb etməkdir: "Ekspert bildirib ki, ictimai şuraların yaranmasında mənfi təcrübə nümayiş olunur və artıq bu mövzuda Milli Məclisdə belə müzakirələr gedir. Bu mənfi halın səbəbi ilk növbədə icra hakimiyyətlərinin ictimai şuralara olan təsiridir".

Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucovun sözlərinə görə isə, ictimai nəzarəti həyata keçirən əsas vasitələrdən biri də kütləvi informasiya vasitələridir: "Burada tək QHT-lər deyil, eyni zamanda KİV-lər də kifayət qədər aktiv olaraq, ictimai iştirakçılıqla bağlı qanunun işlək mexanizminin formalaşmasında öz sözünü deməlidir. Azərbaycanda ictimai iştirakçılıqla bağlı qanun çoxdan qüvvəyə minib. Son proseslərdən də müəyyən oldu ki, bu qanunu daha çox kağız üzərində olan qanuna çeviriblər".

Ələsgər Əhmədoğlu, media eksperti - Sputnik Azərbaycan
CƏMİYYƏT
Vətəndaş cəmiyyəti böhrandan çıxış yolları axtarır

"Təssüflər olsun ki, bu, belə idi və bir çox hallarda ictimai şuralar adı altında fəaliyyət göstərən şuraların yaradılması da çox formal həyata keçirilir. Bu, reallıqdır, əslində isə bu, elan olunmalıdır, məlumatlandırma olmalıdır. Beş-altı dost-tanışı və QHT-ni toplayıb ictimai şura yaratmaq əslində faydasızdır. Dövlət qurumları özləri ictimai şuraların işlək olmasında maraqlı deyil. Bizim əsas problemimiz də bundan ibarətdir".

Qeyd edək ki, Milli Məclisdə artıq bir aydan çoxdur ki, ictimai nəzarətlə bağlı qanun layihəsi müzakirə olunur. Sözügedən qanun layihəsi ictimai nəzarət sahəsində münasibətlərin tənzimlənməsinə yönəlib.

Xəbər lenti
0