BAKI, 10 mart — Sputnik. Sinqapurun eyniadlı paytaxt şəhəri ardıcıl 3-cü dəfə yaşamaq üçün dünyanın ən bahalı şəhəri seçilib. Sputnik Telegraph-a istinadən bildirir ki, bu barədə İngiltərənin "Economist Intelligence Unit" elmi-tədqiqat mərkəzinin dərc etdirdiyi, dünya şəhərlərində yaşayışın dəyəri barədə növbəti araşdırmada məlumat verilir.
Hesabatda qida məhsulları, geyim, ev əşyaları, kosmetika, ev kirayəsi, nəqliyyat xərcləri, məktəb və uşaq bağçasına ödənişlər kimi 160 adlı məhsul və xidmətin qiyməti nəzərə alınıb. Araşdırmanın nəticələrinə görə, Sinqapurda nəqliyyat xərcləri Nyu Yorkdakından 2,5 dəfə bahadır.
Siyahıda ilk üçlüyə, həmçinin Sürix və Honkonq şəhərləri də daxil olub. İlk onluqda eyni zamanda Paris, London, Nyu York, Kopenhagen, Seul və Los-Anceles də var.