Quldurlar bütöv bir şəhəri qarət etdilər

© Александр СоловскийПолиция Аргентины. Архивное фото
Полиция Аргентины. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Silahlı quldur dəstəsi kiçik bir şəhərə hücum edərək yerli meriya, bank, poçt şöbəsi, məhkəmə və hətta polis məntəqəsini qarət edib.

BAKI, 5 mart — Sputnik. Argentinada silahlı quldur dəstəsi kiçik bir şəhərə hücum edərək yerli meriya, bank, poçt şöbəsi, məhkəmə və hətta polis məntəqəsini qarət edib.

Sputnik-in RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, söhbət Santa-Fe əyalətində əhalisi 1800 nəfərdən ibarət olan Bernardo-de-İriqoyen şəhərindən gedir.   

Məlumata görə, əvvəlcə quldurlar polis məntəqəsinə hücum edərək polis əməkdaşlarını tərksilah ediblər. Bundan sonra onlar, məhkəmə də daxil olmaqla,  pul ola biləcəyi bütün yerlərə “baş çəkiblər”.

“Onlar hətta mənim pul qabımı da apardılar”, — deyə hakim Raul Bonanesa şikayət edib.

Quldurlar tərəfindən ümumilikdə, 250 min peso (təxminən 16 min dollar) oğurlanıb.

Dəstə şəhəri tərk etdikdən sonra sakinlər qarət barədə məlumat verə biliblər. Təqib zamanı quldurlardan biri öldürülüb. Üç quldurun axtarışları davam etdirilir.

Xəbər lenti
0