Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Avropa Birliyi Türkiyəyə qarşı qeyri-səmimi davranır"

© Photo : şəxsi facebook səhifəsindənToğrul İsmayıl, politoloq
Toğrul İsmayıl, politoloq - Sputnik Azərbaycan
Abunə olmaq
Toğrul İsmayıl: "Hər çətinliyi Türkiyənin üzərinə yıxmaqla problem həll olunası deyil. Dünya ictimaiyyəti, xüsusilə Avropa mövzuya daha həssas yanaşaraq Türkiyənin yanında durmalıdır"

BAKI, 7 mart — Sputnik. Bu gün Brüsseldə Avropa İttifaqı (Aİ) — Türkiyə sammiti keçirilir. Sputnik xəbər verir ki, sammitin əsas mövzusu Suriyadakı müharibə səbəbi ilə qitəyə olan qaçqın axını və bununla mübarizə yollarıdır. Avropalı liderlər Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə bu ölkənin ərazisindən Avropaya miqrantların axınının məhdudlaşdırılması məsələsini müzakirə edirlər.

Mövzu ilə bağlı Sputnik-in suallarını cavablandıran politoloq Toğrul İsmayıl, Avropa İttifaqını ikili standart güdməkdə təqsirləndirib. Siyasi şərhçinin müsahibəsini təqdim edirik:

Fazil Mustafa - Sputnik Azərbaycan
TƏHLİL
"Türkiyə Avropa İttifaqına ölümcül zərbə vura bilər"

- Bilindiyi kimi, Türkiyə təkbaşına 3 milyon suriyalı qaçqını qəbul edib. Lakin Avropa İttifaqı bu sayın qat-qat altında, cəmi 1 milyon miqrantın keçidinə imkan verib. Avropa daha artıq qaçqın qəbul etmək istəmir və Türkiyə ilə danışıqlar aparır. Bu sammitdən hər iki tərəfi qane edəcək nəticə çıxacağına ümid etmək olar?

— Bu məsələ artıq həll olunmalıdır. Xüsusilə Türkiyə bu cəhətdən ciddi problemlərlə üzləşməkdədir. Çox güman ki, böhran hələ həll olunmayacaq. Və həll olunmadığı müddətcə bu insanların yaşayışı, onların övladlarının təhsili, sağlıq problemləri, iş tapmaq və digər problemlər böyüyərək davam edəcək. Bu, Türkiyə üzərinə əlavə maliyyədir. Rəsmi açıqlamalara görə, dövlət suriyalı qaçqınlar üçün artıq 10 milyard dollara yaxın vəsait xərcləyib. Avropa Birliyinin təklifi isə 3 milyard dollardır. Bu da əsasən qaçqınların qitəyə keçməsini önləmək üçün təklif olunur. Türkiyənin təkbaşına bu işin öhdəsindən gəlməsi imkansızdır. Dünya ictimaiyyəti, xüsusilə Avropa mövzuya daha həssas yanaşaraq Türkiyənin yanında durmalıdır.

- Əgər bu toplantıdan rasional, Türkiyəni qane edəcək qərar çıxmazsa, türk hökuməti avropa ilə olan sərhəd qapılarını milyonlarla qaçqının qitəyə keçişi üçün aça bilərmi?

— Türkiyə qapıları açsa belə, bu insanların Avropa keçməsi imkansızdır. Avropanın əsas məqsədi qaçqınların qitəyə keçməsini əngəlləməkdir. Demək ki, bunun üçün həmin insanlara Türkiyədə şərait yaratmaq lazımdır.

- Bnu Avropanın növbəti ikili standartı da adlandırmaq olar?

— Bəli. Avropa ağır yükün altına girməkdən boyun qaçırır. İttifaqın bu hərəkəti Türkiyəni problemlərlə baş-başa qoymaqdır. Bir sözlə, ikili standartdır. Hər çətinliyi Türkiyənin üzərinə yıxmaqla problem həll olunası deyil.

- Milyonlarla qaçqın böhranına səbəb olan Suriya müharibəsinə necə son qoymaq olar? Bir çıxış yolu yoxdurmu?

— Suriya məsələsi elə bir məsələdir ki, bunun həlli BMT, Avropa Birliyi kimi qurumlar başda olmaqla, ciddi şəkildə həll olunmalıdır. Bu böhran atəşkəs hazırda işləyir-işləmir məsələsindən ibarət deyil. Problemlər hələ davam edir. Köç var, insanların geriyə dönüşü olacaqmı-olmayacaqmı, bu da bəlli deyil.

ABŞ ordusu - Sputnik Azərbaycan
ABŞ Türkiyə sərhədlərinə qoşun yeridir

- Suriyanın şimalında böyük qaçqın şəhərciyinin qurulması ilə bağlı Ərdoğanın təklifinə nə ABŞ-dan, nə də Avropadan cavab gəldi. Ümumiyyətlə Qərb alyansının Suriyada anti-Türkiyə davranışlarını necə anlamaq olar? Məsələn ABŞ PYD silahlıları ilə yaxınlıq edir. Halbuki Türkiyə bu təşkilatı terrorçu kimi tanıyır…

— Daha öncə Türkiyə Suriyanın şimalında tampon bölgə təklif etmişdi ki, ona da yaxın durulmadı. O cümlədən də indi. Ərdoğanın təklifi də havada qalıb. Deməli həm ABŞ-ın, həm də Rusiyanın məqsədi başqadır.
İstər Amerika Birləşmiş Ştatları, istərsə də Rusiya bölgədən uzaq dövlətlərdir. Köç məsələsi, milyonlarla qaçqının dramı onları o qədər də narahat etmir. Çünki hər ikisinin də Suriyada öz mənafeləri var.
Böyük dövlətlər zülmə uğrayan insanların dramından daha çox öz siyasi məqsədlərini düşünür. Halbuki Türkiyə olduqca praqmatik və ağıllı təkliflər irəli sürür. Qaçqın şəhərciyinin salınmasını təklif edir. Yəni məsələnin insani tərəfini önə çəkir. Buradan da aydın görünür ki, hansı dövlətlərin hansı niyyətləri var.

- Avropa Birliyi ilə Türkiyə arasında vizasız gediş-gəliş müzakirələri də aparılır, lakin hələlik konkret bir nəticə yoxdur. Bu danışıqlardan ciddi nəticə çıxacağına inanırsız?

— Avropa Birliyi həmişə vəd verir. Əslində ən qısa zamanda həll olunması gərəkən məsələlərdən biridir. Çünki Türkiyə artıq Avropa Birliyinə namizəd bir ölkədir. Bunun danışıqları gedir. Avropanın Türkiyəyə bu şəkildə yanaşması, danışıqları uzatması ciddi sual işarələri yaradır. Avropa İttifaqı xristian klubudur, yoxsa modern prinsipləri olan qurumdur? Bunun çözülməsi lazımdır.

Xəbər lenti
0