BAKI, 6 mart — Sputnik. Topaz Premyer Liqasının XXIV turu çərçivəsində keçirilmiş oyunda öz meydanında “Qəbələ”yə 1:2 hesabı ilə uduzan “Neftçi”nin baş məşqçisi Əsgər Abdullayevin istefası klub rəhbərliyi tərəfindən qəbul olunub.
Bu barədə “Neftçi” PFK açıqlama yayıb.
Açıqlamada bildirilir ki, “Neftçi” PFK-nın əsas heyətinin baş məşqçisi vəzifəsi müvəqqəti olaraq klubun idman direktoru Vəli Qasımova həvalə edilib.