BAKI, 5 mar — Sputnik. “Neftçi”nin baş məşqçisi Əsgər Abdullayev istefa verib.
Apasport.az saytının məlumatına görə, çalışdırıcı bunu Topaz Premyer Liqasının XXIV turu çərçivəsində “Qəbələ” ilə matçdan sonra açıqlayıb.
Ardıcıl 4-cü dəfə məğlubiyyətlə üzləşən Abdullayev mətbuat konfransına qatılaraq, postundan getdiyini deyib. Başqa heç nə barədə danışmaq istəməyən mütəxəssis “Neftçi”nin uğursuzluğuna səbəb məhz məşqçi səhvləridir” sualını cavabsız qoyub: “Bu barədə danışmaq istəmirəm”.
O, köməkçisi Samir Əliyevin yanında olmamasına da aydınlıq gətirib: "Samir burdaydı, yuxarıda oturmuşdu"
Qeyd edək ki, “Qəbələ” ilə görüşdə hesabı “Neftçi” açsa da, yekunda 1:2 hesabı ilə uduzub.