Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bakıdakı Şahmat Olimpiadasında 2200-dən artıq şahmatçı mübarizə aparacaq

© Sputnik / Alexander Vilf / Mediabanka keçidŞahmat
Şahmat - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimov Bakıda keçiriləcək Şahmat Olimpiadasına hazırlığın gedişatı barədə məlumat verib.

BAKI, 4 mart — Sputnik. Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin mətbuat xidməti xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimov Bakıda keçiriləcək Şahmat Olimpiadasına hazırlığın gedişatı barədə məlumat verib. Nazir bildirib ki, mötəbər yarışın yüksək səviyyədə təşkili üçün lazımi işlər aparılır:

“Təşkilat Komitəsinin üzvləri ilə “Crystal Hall”da olduğumuz zaman bütün işlərlə tanış olduq. Bakı Şahmat Olimpiadası möhtəşəm arenada yüksək səviyyədə keçiriləcək. Olimpiada vaxtı yarış zalının tərtibatıyla yanaşı, eyni zamanda təhlükəsizlik məsələləri, tibb otağı və media mərkəzinin olacağı məkanlar müzakirə olundu. Hazırda təşkilati işlər plan üzrə davam edir. Mötəbər yarışın yüksək səviyyədə keçirilməsi üçün bütün işlər görüləcək ”.

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov görülən işlər barədə məlumat verib: “Crystall Hall”da olduğumuz vaxt yarış məkanı ilə daha yaxından tanış olduq. Yarış məkanı təkcə partiyaların oynanılacağı zaldan ibarət deyil. Bura həm də rəsmilərin olacağı məkan, tibb otağı, media mərkəzi, tamaşaçıların oyunları izləyəcəyi yer aid olunur. 

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi tərəfindən bu günə qədər nəzərdə tutulan işlər yerinə yetirilib. Demək olar ki, biz həlledici son mərhələyə hazırıq. Mötəbər yarışın yüksək səviyyədə keçirilməsi üçün lazımi işlər görüləcək. Artıq məlumdur ki, Olimpiadada 2200-dən artıq şahmatçı mübarizə aparacaq. Ümumilikdə 42-ci Bakı Şahmat Olimpiadasına gələcək iştirakçılar, rəsmilər, qonaqların sayı 3000-dən artıq olacaq. Hazırda 176 ölkənin iştirakı gözlənilir. Dünya idman təqvimində ən yüksək təmsilçiliyi olan yarışlardan biri sayılır”.

Qeyd edək ki, Bakıda təşkil olunacaq Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq. Ölkəmizdə ilk dəfə baş tutacaq mötəbər yarış “Crystal Hall”da keçiriləcək. Olimpiada günlərində paytaxtımızda həm də FİDE konqresinin növbəti iclası olacaq. 

Xəbər lenti
0