BAKI, 4 mart — Sputnik. Bu gün Zərifə Salahovanın Bakıda keçirilmiş I Avropa oyunlarına həsr olunmuş “Azərbaycan fəxr edir” miniatür kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri Miniatür kitab muzeyinin müdiri Zərifə Salahova açdı. Zərifə xanım Bakıda keçirilən I Avropa oyunlarının Azərbaycan üçün əhəmiyyətindən danışıb. Hətta oyunların keçirildiyi zamanı muzeyə gələn turistlərin sayının çoxluğunu da xanım Salahova qeyd edib. Sonra çıxış üçün sözü Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə verib.
Çingiz Hüseynzadə çıxışı zamanı miniatür kitabının çağına görə Zərifə xanıma təşəkkür bildirib və bu kitabın idman tarixində xüsusi yeri olduğunu vurğulayıb. Bu gün idmanın inkişafından danışıb. Qarşıdan gələn Rio-2016 olimpiya çempiontında bütün idmançılara uğur arzulayıb. Sonra Bakı- 2015 Birinci Avropa oyunlarında baş verən maraqlı və qürurverici hadisələri qonaqlara xatırladıb.
Tədbirdə çıxış edən MOK-un vitse-prezidenti Xəzər İsayev, paralimpiyaçı I Avropa oyunlarının çempionu İlham Zəkiyev, Olimpiya çempionu Zemfira Meftahəddinova çıxış edərək hər kəsə uğurlar arzulayıblar.
Qeyd edək ki, tədbirdə Avropa oyunlarının mükafatçıları olan taekvandoçular, karateçilər, paralimpiyaçılar iştirak ediblər.
Xatırladaq ki, kitab 38x53 mm ölçüdədir. Kitab 216 mətnin səhifəsindən ibarətdir. Kitabda 35 rəngli şəkil yerləşib.