Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Hər il dövlət büdcəsindən ərzaq alınması üçün 300 milyon manatdan çox vəsait ayrılır"

© Sputnik / Murad OrujovAzərbaycan parlamentinin iclası
Azərbaycan parlamentinin iclası - Sputnik Azərbaycan
Abunə olmaq
Ziyad Səmədzadə: "Əgər biz digər qapalı təşkilatları, iri səhmdar cəmiyyətləri də nəzərə alsaq, bu ərzağın alınmasına ildə bundan 2-3 dəfə də çox vəsait sərf olunur"

BAKI, 4 mart — Sputnik. Bu gün Milli Məclisin plenar iclasında "Dövlət satınalmaları haqqında" Qanunda dəyişikliklər səsə qoyularaq qəbul olunub. Sputnik xəbər verir ki, millət vəkili Ziyad Səmədzadə Qanuna 1.2-ci maddənin əlavə edildiyini söyləyib.

Azərbaycan Respublikası Milli Məclisinin binası - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda yeni komitə yaradılacaq

Qeyd edib ki, əlavəyə görə dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30% və daha çox olan müəssisə və təşkilatlar tərəfindən ərzaq məhsullarının (Dövlət Taxıl Fondu üçün alınan buğda istisna olmaqla) mərkəzləşmiş qaydada satın alınması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

Millət vəkili deyib ki, bu əlavənin edilməsi ölkədə sahibkarlığın inkişafı, aqrar sektorun səmərəliliyinin artırılması üçün kifayət qədər möhkəm baza yaradacaq: "Təqribi hesablamalara görə, hər il 300 milyon manatdan çox dövlət büdcəsi vasitəsi ilə ərzaq alınmasına vəsait ayrılır ki, bunun da 90 faizi məhz respublikada istehsal olunan məhsullardır. Əgər biz digər qapalı təşkilatları, iri səhmdar cəmiyyətləri də nəzərə alsaq, bu ərzağın alınmasına ildə bundan 2-3 dəfə də çox vəsait sərf olunur".

"Vəsaitlərin mərkəzləşmiş qaydada qeydə alınması, onun sisteminin yaradılması, müvafiq iqtisadi mexanizmlərinin, qaydalarının nəzərə alınması şübhəsiz ki, Azərbaycanda milli iqtisadiyyatın inkişafına öz müsbət töhfəsini verəcək", —deyə Z. Səmədzadə bildirib.

Onun sözlərinə görə, bu amil regionlarda pul dövriyyəsinin, əhalinin gəlirlərinin artmasına imkan yaradacaq: "Kənd Təsərrüfatı Nazirliyi müvafiq yerli icra strukturları ilə birlikdə bu prosesin mexanizminin təkmilləşməsi üçün daha ciddi, konkret tədbirlər hazırlamalıdırlar".

Xəbər lenti
0