BAKI, 4 mart — Sputnik. Ölkədə maliyyə bazarının sabitliyinin tənzimlənməsi üçün yeni komitə yaradılacaq. Sputnik xəbər verir ki, bu sözləri parlamentin bu gün keçirilən plenar iclasında Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə İşçi Qrupunun rəhbəri Rüfət Aslanlı söyləyib.
Onun sözlərinə görə, bununla bağlı Mərkəzi Bank, Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası arasında memorandumun imzalanması planlaşdırılır. Sözügedən sənəd də imzalanmaq üçün razılaşdırılıb. Rüfət Aslanlı əlavə edib ki, yeni qurumun Maliyyə Sabitliyi Komitəsi adlandırılması nəzərdə tutulur.