Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sabaha olan hava proqnozu açıqlandı

© AzərtacGünəşli hava
Günəşli hava - Sputnik Azərbaycan
Abunə olmaq
Havanın temperaturu Abşeron yarımadasında gecə 6-10, gündüz 13-18, Bakıda gecə 7-9, gündüz 15-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.

BAKI, 4 mart — Sputnik. Martın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, sabah bəzi yerlərdə duman olacaq. Şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Yağışlı havada oynayan uşaqlar - Sputnik Azərbaycan
CƏMİYYƏT
Rayonlara yağış yağacaq

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-10, gündüz 13-18, Bakıda gecə 7-9, gündüz 15-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında martın 5-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, axşam isə qıraq qərb rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 18-23, dağlarda gecə 6-11, gündüz 12-17 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə: Martın 5-də Abşeron yarımadasında mülayim yaz havası meteohəssas insanlar üçün əsasən əlverişlidir. Martın 06-da isə hava şəraitinin təzadlı dəyişməsi, güclü xəzri küləyi fonunda temperaturun enməsi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

Xəbər lenti
0