Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Rayonlara yağış yağacaq

© AP Photo / Frank AugsteinYağışlı havada oynayan uşaqlar
Yağışlı havada oynayan uşaqlar - Sputnik Azərbaycan
Abunə olmaq
Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 14-19, bəzi yerlərdə 23, Bakıda gecə 6-8, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.

BAKI, 3 mart — Sputnik. Bakıda və Abşeron yarımadasında martın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.

Bakıda dəyişkən buludu hava - Sputnik Azərbaycan
HADİSƏ
Buludlu hava şəraiti davam edəcək

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 14-19, bəzi yerlərdə 23, Bakıda gecə 6-8, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında martın 4-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi qərb rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 16-21 dərəcə isti, bəzi yerlərdə 26 dərəcəyədək isti, dağlarda gecə 2-7, gündüz 13-18, bəzi yerlərdə 21 dərəcə isti olacaq.

Xəbər lenti
0