BAKI, 3 mart — Sputnik. Rusiya baş nazirinin birinci müavini Dmitri Roqozin Azərbaycana gəlib. Sputnik Roqozinin şəxsi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, rusiyalı rəsminin Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcəyi və iki ölkə arasında hərbi-texniki əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi bildirilir.
Bundan başqa, Rusiya silahlarının ixracatı ilə məşğul olan "Rosoboroneksport" şirkəti və Hərbi-Texniki Əməkdaşlıq Federal Xidməti nümayəndələrinin də Bakıya gələcəyi gözlənilir.
Погода в Баку ночью 9°С, днем 14°С. Ветренно. Привет всем из столицы Азербайджана!
Опубликовано Dmitry Rogozin 2 марта 2016 г.