Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Bu, islahatçıların qələbəsidir, amma..."

© Sputnik / Fuad HasanovƏlimusa İbrahimov, BDU-nun siyasi elmlər üzrə fəlsəfə doktoru
Əlimusa İbrahimov, BDU-nun siyasi elmlər üzrə fəlsəfə doktoru - Sputnik Azərbaycan
Abunə olmaq
Əlimusa İbrahimov: "İrandakı son seçkilərdə mühafizəkarların əldə etdiyi nəticələr onların siyasi səhnədən uzaqlaşdırılması anlamına gəlməməlidir"

BAKI, 3 mart — Sputnik. "İranda Parlament və Ekspertlər Şurasına keçirilən seçkilər həm regionda, həm də dünyada maraqla gözlənilirdi.Yaxın Şərqdə gedən proseslər bu seçkiləri müəyyən qədər arxa plana keçirsə də, seçkinin nəticələrindən gözləntilər həddən artıq çoxdur. Mühafizəkarlarla reformaçılar arasında gedən mübarizədə, səsvermənin ilkin nəticələri prezident Həsən Ruhaninin mövqelərinin nəzərəçarpacaq dərəcədə möhkəmlənməsindən xəbər verir. Bu da özünü mühafizəkarlar üzərində qələbədə göstərir".

İran parlamentində yaz sessiyası - Sputnik Azərbaycan
Demokratik seçki olsa, İran türk dövlətinə çevriləcək

Bu fikirləri Sputnik-ə açıqlamasında Bakı Dövlət Universitetinin siyasi elmlər üzrə fəlsəfə doktoru Əlimusa İbrahimov səsləndirib. Onun sözlərinə görə, bu seçkilər nəticəsində İranda Qərblə münasibətlərin normallaşdırılmasının və liberallaşmanın əleyhdarları güclü məğlubiyyətə uğradılar: "Ekspertlər Şurasında da prezident Ruhani və onun müttəfiqi Əli Əkbər Haşimi Rəfsəncaninin tərəfdarları üstünlük qazandılar. İnzibati resurlardan geniş istifadə və dini lider Ayətullah Əli Xameneyinin dəstəyi bu dəfə mühafizəkarlara kömək edə bilmədi. Növbəti Parlament seçkilərində 290 yer və Ekspertlər Şurasında isə 88 yer uğrunda mübarizə gedirdi. Bu seçkilərdə, 2013-cü ildə baş tutan və Həsən Ruhaninin prezident seçilməsi ilə nəticələnən yeni siyasət nəticəsini verdi və elə son prezident seçkisi kimi sürprizlərlə dolu oldu. O zaman da mühafizəkarlar və reformaçılar arasında güclü mübarizə yaşanmış, təzyiq və ziddiyyətlərə baxmayaraq Həsən Ruhani prezident vəzifəsinə vəsiqə qazana bilmişdi".

Ə. İbrahimovun bildirdiyinə görə, seçkiqabağı proseslərdə mühafizəkarlar, elektoratı tərəflərinə çəkmək üçün bütün variantlara əl atıblar: "Namizədlərin seçkilərə buraxılıb-buraxılmaması məsələsinə baxan Müşahidəçilər Şurası arzuolunmaz 12 min potensial nümayəndənin seçkilərdə iştirakına icazə vermədi. Bu da reformatorların namizədlərinin saylarının ciddi şəkildə azalması ilə nəticələndi. İranda İslam dövlətinin əsasını qoyan, 1979-cu il İslam İnqilabının rəhbəri Ayətullah İmam Xomeyninin nəvəsi kimi bir sıra nüfuzlu şəxslərin siyahıya düşməməsi onların mövqelərinə ciddi təsir etdi. Bütün bunlara baxmayaraq mühafizəkarların ciddi-cəhdləri gözlədikləri nəticəni vermədi. İlkin hesablamalara görə, yüksək seçici kütləsinin (60%) iştirakına baxmayaraq, mühafizəkarlar bir sıra dairələrdə ciddi məğlubiyyətə uğradılar. Keçmiş vitse-prezident Məhəmməd Reza Arifin başçılıq etdiyi reformatorlar isə bu dairədə 30 mandat əldə etməyə nail oldular. Mart ayının əvvəlində elan olunmuş ilkin nəticələrə görə hazırki parlamentdə 65 faiz yerə malik olan mühafizəkarlar yeni parlamentdə çoxluq təşkil edə bilməyəcəklər. İndiki şəraitdə onlar hələlik 106 yer qazana biliblər. Digər nəticələr belədir: reformatorlar 79, müstəqil deputatlar 44 mandat. Bəzi dairələrdə isə zəruri sayda səs toplaya bilməyən namizədlər üçün aprel ayında ikinci turun keçirilməsi nəzərdə tutulur".

The assembly hall of the Iranian Parliament (the Islamic Consultative Assembly - Majlis) in Tehran - Sputnik Azərbaycan
İran parlamentinə seçilən 220 deputatdan cəmi 12-si qadındır

Ekspert bildirib ki, ilkin nəticələr prezident Həsən Ruhanini qane edir: "Təbii, onun tərəfdarlarının hazırki şəraitdə qazandıqları yerlər onlar üçün müvəffəqiyyətdir və Prezident olaraq başladığı işin davam etdirilməsinə siqnaldır. Reformaçıların bu qələbəsi İran xalqının son illər İran dövlətinin apardığı xarici siyasəti dəstəkləməsi anlamına gəlir. Prezident Ruhani seçkilərin nəticələrinə toxunaraq deyir: "Xalq öz gücünü nümayiş etdirərək qanuni hakimiyyətə dəstək verdi və onun mövqelərini möhkmləndirdi". Mühafizəkarların əldə etdiyi nəticələr onların siyasi səhnədən uzaqlaşdırılması anlamına gəlməməlidir. Bu, onların mövqelərinin sadəcə müəyyən qədər zəifləməsinin əlamətləridir. Reformaçılar xalqın rəğbətini qazanmaq istiqamətində uğurla addımlayırlar. Onların əldə etdikləri nailiyyət də tam qələbə hesab olunmaqdan uzaqdır. İran tarixində biz dəfələrlə mövqe dəyişmələrinin şahidi olmuşuq. Bu da mühafizəkarlarla reformaçılar arasında növbəti, amma inamlı mövqe dəyişməsidir. Bundan sonrakı hadisələr bu mövqenin davamlı inkişafını təmin edərsə, o zaman əsl nailiyyətdən danışmaq olacaq".

Xəbər lenti
0