BAKI, 1 mart-Sputnik. Bu il Fransada keçiriləcək futbol üzrə Avropa çempionatının müəyyən oyunları təxirə salına və yaxud tamaşaçılarsız keçirilə bilər.
Sputnik APA-ya istinadla bildirir ki, bu barədə Associated Press agentliyi məlumat yayıb. Xəbərə görə, buna səbəb terrorla bağlı təhdidlərdir.
"Hələ ki mümkün təhdidlərə dair məlumatımız yoxdur, lakin hər şeyə hazır olmalıyıq" — deyə UEFA nümayəndəsi bildirib.
Ötən il, noyabrın 13-də Fransa-Almaniya matçı keçirildiyi anlarda Parisdə bir neçə terror aktı törədilmişdi, ümumilikdə 130 nəfər ölmüşdü.