Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

İrandakı seçkilər bölgənin demokratikləşməsinə ciddi impuls verə bilər

© REUTERS / Raheb Homavandiİranda parlament seçkiləri
İranda parlament seçkiləri - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər hesab edirlər ki, parlament seçkilərində islahatçıların qələbə çalması ölkənin tam demokratikləşməsi anlamına gəlməməlidir.

İrandakı seçkilər bölgənin demokratikləşməsinə ciddi impuls verə bilər
BAKI, 29 fev-Sputnik. Ötən həftənin sonu İranda keçirilən seçkilərin nəticələri açıqlanıb. Prezident Həsən Ruhanini dəstəkləyən mötədil qüvvələr parlament seçkilərində əsaslı qələbə qazanıblar. İlkin nəticələrə görə Ayətullah Əli Xameneyi 290 yerlik parlamentdə və ona tabe olan Ekspertlər Şurasında yerlərin əksəriyyətini uduzub. Beləliklə də, mühafizəkarlar parlamentdəki çoxuluğu itiriblər. Tehranda liderliyi islahatçı namizəd Məhəmməd-Rza Arif ələ alıb. Parlament seçkilərinin Tehrandakı nəticələri xüsusilə əhəmiyyətlidir. Çünki parlamentin istiqamətini, əsasən paytaxtda seçilən deputatlar təyin edir. Buna baxmayaraq, paytaxtdan kənarda islahatpərəst namizədlərin nəticələri o qədər yaxşı olmayıb. Ən çox səs toplayan mühafizəkar namizəd Qolaməli Həddad-Adil isə 31-ci yerdə qərarlaşıb.

Иранцы стоят в очереди на избирательный участок в городе Кум. Архивное фото - Sputnik Azərbaycan
İranda seçkilər başa çatıb, ilkin nəticələr açıqlandı
Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri Sədrəddin Soltan İranla Qərb ölkələri arasında imzalanmış nüvə sazişinin əldə olunmasından sonra ölkədə keçirilən ilk seçkini "Sputnik" ə şərh edib:

"Bu islahatçıların parlament seçkisində ikinci cəhdidir. Birinci cəhd eks-prezident Məhəmməd Xatəminin dövründə olmuşdu. O zaman parlamentdə islahatçılar qalib gəlmişdir. Sonrakı mərhələdə isə hətta keçmiş prezident Rəfsəncani belə parlamentə düşə bilmədi. M.Xatəmi prezidentliyinin ikinci dönəmində mühafizəkar parlamentlə işləməli oldu. Bütün bunların hamısı İranda demokratiya səhnəsidir. Xameneyi seçkilərlə bağlı müraciətində İrandakı seçkiləri dini demokratiya adlandırır. İranda baş tutan seçkilər bölgəyə demokratikləşmə yolunda, islahat yolunda çox ciddi impuls verə bilər. Ölkədəki hakim rejim islahat yolunu tutub ölkəni tədricən demokratikləşmə yoluna keçirə bilsə İran bölgənin inkişafına çox ciddi təsir göstərə bilər".

Ekspert hesab edir ki, mühafizəkarların nəticəni "dini demoktariya" kimi yozması məsələnin mahiyyətinə təsir göstərmir.

Sədrəddin Soltanın fikrincə, İranda keçirilən parlament seçkisini Qərbin etimadını qazanmaq üçün atılmış addım kimi də qiymətləndirmək olar. Bu addımla İran Qərb qarşısında etibar və etimad qazanmaq, onlarla perspektivdə əməkdaşlığı genişləndirmək niyyətində olduğunu göstərmək istəyir.

Onun sözlərinə görə, seçkidən öncə mühafizəkarlarla islahatçıların arasında hansısa bir anlaşmanın da olması istisna deyil:

"Ekspertlər Şurası yenidən mühafizəkarların əlinə keçə bilər. Çünki oradan Xameneyi yenidən ölkənin ali dini rəhbəri seçilməlidir. Əks halda problemlər yaşanacaq. Parlament də islahatçılara veriləcək. Yəni islahatçıların parlamentdə nə etməsindən asılı olmayaraq, ölkəni mühafizəkarlar, yaxud Xameneyinin başçılıq elədiyi komanda idarə edəcək. Bütün bunların hamısı İranda təməl prinsiplərin, ideoloji və siyasi şüarların, konstitutisiyanın əsas müddəalarının dəyişilməsi demək deyil. Amerikaya, İsrailə ölüm şüarları, İslam təməl prinsipləri İranda hələ də hakim olaraq qalacaq. Sadəcə, Qərblə iqtisadi əlaqələr saxlamaq üçün kosmetik islahatlar aparmalıdır. Parlament və Ekspertlər Şurasına seçkilər də bu kosmetik islahatın tərkib hissəsidir".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da facebook hesabında İranda baş tutan parlament seçkilərinin nəticələrinə toxunaraq yazıb ki, bu, qələbə islahatçıların kardinal addımlar atması anlamına gəlməməlidir. "Hazırda İran islahatçı prezidenti və yeni islahatçı parlamenti ilə yenidən dünyaya açılmaq istəyir. Ancaq İranda islahatın sərhədi dardır. O qədər dardır ki, islahatçı prezident prezidentliyə keçmiş iki namizədi qanunsuz ev həbsindən qurtarmaqda acizdir, normal dövlətlərdə olduğu kimi əfv fərmanı vermək səlahiyyətinə belə malik deyil. Ordu, polis və media ali dini liderin nəzarətindədir. Bunun qarşısında prezident və yeni "islahatçı" parlament hansı sahələri islah edəcəklər ki?"-, deyə ekspert vurğulayıb.

Qeyd edək ki, parlament və Ekspertlər Şurasına seçkilərdə çox böyük seçici fəallığı qeydə alınıb. Seçki məntəqələrinin qarşısında növbələrin yaranmasına görə səsvermə müddəti 3 dəfə uzadılıb. Seçkilərin ikinci turu isə bəzi regionlarda aprel ayında keçiriləcək.

Xəbər lenti
0