Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Əmanətlərini dollarla banka qoyanlar maksimum 3% qazanacaqlar

© Sputnik / Mikhail Kutuzov / Mediabanka keçidДоллары и манаты. Архивное фото
Доллары и манаты. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Milli valyutada qorunan əmanətlərin ən yuxarı həddi 12% müəyyən edilib.

BAKI, 1 mart-Sputnik. Əmanətlərin Sığortalanması Fondu (ƏSF) Azərbaycan Mərkəzi Bankı ilə razılaşdırmaqla Fondun Himayəçilik Şurasının bu gün keçirilən növbədənkənar iclasında qəbul olunmuş qərara əsasən, bu gündən etibarən xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 3%, milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsininin yuxarı həddini 12% müəyyən edib.

Sputnik-in məlumatına görə, bu barədə ƏSF-nin saytında məlumat verilib.

Bu gün qüvvəyə minən "Əmanətlərin tam sığortalanması haqqında" qanunun 3-cü maddəsinə əsasən, Fondun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı banklardakı əmanətlər 3 il müddətində tam sığortalanır.

Əkrəm Həsənov - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Əhalinin banklarda əmanət qoymasına çalışırlar, amma çətin ki..."
Qeyd edilən tarixdən etibarən üzv banklarda yeni qəbul edilən əmanətlər üzrə illik faiz dərəcəsi xarici valyutada 3%-dən və milli valyutada 12%-dən yuxarı olarsa, bu əmanətlər Fond tərəfindən sığortalanmır və onlara görə kompensasiya ödənilmir.

Qorunan əmanətçilərin 1 mart 2016-cı il tarixə bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malik olan banklarda mövcud olan və illik faiz dərəcələri ƏSF-nin Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində müvafiq dəyişikliklər edilməklə tam sığortalanır.
Müddəti qurtarmamış əmanət müqavilələrində dəyişikliklər edildikdə, dəyişikliklər edildiyi günə qüvvədə olan müqavilənin şərtlərinə uyğun olaraq faizlər tam məbləğdə hesablanıb əmanətçiyə ödənilir.
Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər. Sığorta haqları yalnız banklar tərəfindən ödənilir.

Xəbər lenti
0