CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Əhalinin banklarda əmanət qoymasına çalışırlar, amma çətin ki..."

© Photo : REPORTƏkrəm Həsənov
Əkrəm Həsənov - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "İki ildən sonra indi Əmanətlərin Sığortalanması Fondu milli valyutada olan, belə deyək, dəyərdən düşmüş əmanətləri qaytaracaqsa, bunun nə dəyəri var artıq?"

BAKI, 22 yan — Sputnik. Məlumat verdiyimiz kimi, Milli Məclisin son növbədənkənar plenar iclasında Vergilər Məcəlləsinə dəyişiklik edilib. Dəyişikliyə əsasən, yerli bank və xarici bankın Azərbaycan filialı tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirləri gəlir vergisindən azad olunur.

Акрам Гасанов - Sputnik Azərbaycan
TƏHLİL
Əhalinin banklardakı əmanətləri ciddi təhlükə altındadır
Başqa sözlə, 2016-cı il fevralın 1-dən 3 il müddətinə yerli və xarici bankın Azərbaycanda fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə, emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad olunur.

"Bu addımı ona görə atırlar ki, əhalini banklarda əmanət qoymağa cəlb etsinlər. Güman etmirəm ki, bunun ciddi bir təsiri olsun", — dəyişikliyi Sputnik-ə şərh edən, bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov belə dedi.

"Bank of Azerbaijan"ın bağlanmasını xatırladan ekspertin sözlərinə görə, həmin bank artıq 2 ildir ki, əhalinin əmanətlərini qaytarmır: "Halbulki o əmanətlər sığortalanmışdı. Yəni, 2 ildən sonra indi Əmanətlərin Sığortalanması Fondu milli valyutada olan, belə deyək, dəyərdən düşmüş əmanətləri qaytaracaqsa, bunun nə dəyəri var artıq?".

Qeyd edək ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bildirmişdi ki, "Əmanətlərin tam sığortalanması haqqında" qanun layihəsi qəbul olunarsa, bu, lisenziyası ləğv edilmiş "Bank of Azerbaijan" ASC-nin bütün əmanətçilərinə şamil edilməyəcək. E. Rüstəmovun sözlərinə görə, hazırda bankda olan əmanətlərin hesablanması prosesi gedir və bu vəsaitlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə əmanətçilərə qaytarılacaq.

Xəbər lenti
0