İranda seçkilər başa çatıb, ilkin nəticələr açıqlandı

© AP Photo / Ebrahim NorooziИранцы стоят в очереди на избирательный участок в городе Кум. Архивное фото
Иранцы стоят в очереди на избирательный участок в городе Кум. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Hesablamalara əsasən, səsvermədə seçicilərin 70 faizi iştirak edib.

BAKI, 27 fev – Sputnik. İran parlamentinə və Dini Ekspertlər Şurası Məclisinə keçirilən seçkilərdə səsvermənin müddəti 5 dəfə uzadılıb.

Sputnik mehrnews.com-a istinadən xəbər verir ki, səsvermə yerli vaxtla saat 8.00-da başlayıb, 18.00-da başa çatmalı idi, ancaq səsvermənin vaxtı 5 dəfə uzadılaraq, 23.45-də başa çatıb.

Müddət uzadıldığından, bu gün — fevralın 27-də ölkə üzrə məktəblər bir günlüyə bağlanıb.

İlkin hesablamalara əsasən, səsvermədə seçicilərin 70 faizi iştirak edib.

Tehran və İranın böyük şəhərlərində seçkinin nəticələri hələ açıqlanmasa da, başqa bölgələrdən əldə edilən məlumatlara əsasən, mühafizəkarlar, sərt xətçilər öndədir.

Qeyd edək ki, 6 220 nəfər deputatlığa namizəd qeydə alınmışdı.

İranda seçicilərin səsvermə hüququ 18 yaşdan başlayır. Namizədin yaşı isə 30-75 arasında olmalıdır. 54 milyon 915 min seçicinin səs verməsi üçün 53 min seçki məntəqəsi fəaliyyət göstərib.

İran parlamenti bir palatadan və 290 deputatdan ibarətdir. Deputatların səlahiyyət müddəti 4 ildir. Yeni parlament seçkilərdən 3 ay sonra — 2016-cı il mayın 27-də fəaliyyətə başlayacaq.

Ölkə konstitusiyasına əsasən, dini azlıqların, yəhudi, xristian və atəşpərəstlərin təmsilçilərinə kvota ayrılıb. X çağırış parlament seçkilərinə namizədlər arasında 9 erməni də var. Onların namizədliyini daşnaklar dəstəkləyir. Parlamentdə xristianlar üçün ayırılan 2 deputat yeri bir qayda olaraq ermənilərə verilir.

Dini Ekspertlər Şurası Məclisindəki (Məclise-Şuraye-Xübreqan) 88 yerə 161 namizəd iddia edirdi. Dini alim və şəriət bilicilərindən formalaşdırıldığı əsas götürülən şura üzvləri 8 il müddətinə seçilir.

Şura ölkənin ən ali qurumudur. O, ölkənin ali rəhbərini seçir. İndi bu vəzifədə ayətullah Seyid Əli Xameneidir. Ondan əvvəl isə ayətullah Xomeyni İranın ali rəhbəri olub.

Xəbər lenti
0