BAKI, 26 fev-Sputnik. Bu il öz hədəflərindən bir xeyli uzaqda qalan Çelsi futbol klubu yeni sezona daha iddialı başlamaq üçün kisənin ağzını açıb.
Sputnik givemesport.com-a istinadən xəbər verir ki, klubun rus əsilli sahibi Roman Abramoviç gələcək sezon üçün transferlərə rekord büdcə ayırıb.
Britaniya mediasının yazdığına görə, milyarder iş adamı 2016-2017 sezonu üçün komandanın başına gətirəcəyi məşqçiyə 130 milyon sterlinq transfer büdcəsi verəcək.
Bu, İngiltərə futbol tarixində rekord məbləğ hesab olunur. Xəbərə görə, Abramoviç, xərcləyəcəyi pullar qarşılığında məşqçi heyətindən bütün kubokları qazanmağı tələb edəcək.