BAKI, 25 fev-Sputnik. Xalq artisti İlhamə Quliyevanın nəşi üzərində aparılan ekspertizanın nəticələri məlum olub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Sputnik-ə bildiriblər ki, xalq artistinin meyitinin ilkin müayinəsi zamanı onun ölümünə hipertoniya və ürəyin işemik xəstəliyi nəticəsində hipertrofiyalaşmış ürək çatışmazlığı və qan dövranının pozulmasının səbəb olduğu müəyyənləşib.
Meyitdən qan nümunələri götürülüb və yoxlamaların nəticələri 15 günə məlum olacaq.
İ.Quliyevanın nəşi ailəsinə təhvil verilib. Meyit yuyulmaq üçün məscidə aparılıb.
İ.Quliyeva bu gün səhər saatlarında 73 yaşında dünyasını dəyişib.