BAKI, 25 fev-Sputnik. Azərbaycanın xalq artisti İlhamə Quliyevanın dəfn mərasimi sabah baş tutacaq. O, hamının gözlədiyi kimi Fəxri Xiyabanda deyil, II Fəxri Xiyabanda dəfn ediləcək.
Bu barədə məlumatı Sputnik-ə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən veriblər.
Məlumata görə, xalq artisti ilə vida mərasimi fevralın 26-da saat 12.00-dan 14.00-dək Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçiriləcək.
İlhamə Quliyeva bu gün səhər saatlarında kəskin ürək çatışmazlığından dünyasını dəyişib.