Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Bakı və Tehranın münasibətlərində yeni səhifə

© Photo : Из личного архиваАбдул Нагиев, российский политолог
Абдул Нагиев, российский политолог - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq: Azərbaycan İİR-in xarici siyasətində müstəsna rol oynayır və İran hökuməti qarşılıqlı əməkdaşlığın daha da inkişafında maraqlıdır.

İranda sanksiyaların ləğvindən sonra ilk dəfə olaraq Azərbaycan prezidenti İlham Əliyevlə iranlı həmkarı Həsən Ruhani arasında görüş keçirilib. 

Bu görüşdən sonra iki ölkənin münasibətlərində nələrin baş verə biləcəyi barədə fikirlərini Sputnik-ə politoloq, Konstruktiv siyasət fondunun direktoru Əbdül Nağıyev bölüşür.

- Keçirilmiş görüşü necə dəyərləndirisiniz?

— Qeyd etmək lazımdır ki, bu İrana qarşı beynəlxalq sanksiyaların ləğvindən sonra Azərbaycan prezidentinin o ölkəyə ilk səfəridir. Sanksiyaların ləğvi ilə bölgədəki geosiyasi və geo iqtisadi vəziyyət dəyişir. İlham Əliyevin səfəri həm siyasi, həm də iqtisadi kontekstdə vacibdir: Azərbaycanı İranla dini, mədəni və böyük ölçüdə etnik tellər bağlayır. Hər iki ölkə qarşılıqlı faydalı əməkdaşlığın yeni formasının axtarışındadırlar və bu planda səfər çox məhsuldar oldu. O ikitərəfli münasibətlərdə yeni səhifələr açır.

- Tərəflər beynəlxalq terrorçuluğa qarşı səyləri gücləndirmək fikrindədirlər. İran beynəlxalq arenada Azərbaycanı dəstəkləyəcək?

— Terrorçuluqla mübarizə elə sahədir ki, praktiki olaraq dünyanın bütün ölkələrini birləşdirə bilər. Bu istiqamətdə hamı bir-birini dəstəkləyir və fikrimcə, Tehran və Bakı da birgə hərəkət edə bilərlər.

İranın beynəlxalq arenada Azərbaycanı dəstəkləməsinə gəldikdə isə, qeyd etmək yerinə düşər ki, bu ölkəyə qarşı sanksiyaların ləğvi dünya ictimaiyyətinin İrana qarşı inamının bərpa olunması demək deyil. Beynəlxalq arenada İranın mövqeləri hələ kifayət qədər zəifdir və onun Azərbaycanı dəstəkləməsi az effekt verər. Lakin bunu regional miqyas barədə demək olmaz, burada İran həlledici rollardan birini oynaya bilər.

İranın xarici siyasəti ölkələrin əksəriyyətində olduğu kimi dövlətin milli maraqları üzərində qurulub, lakin digərlərindən fərqli olaraq, dini-ideoloji sistem prizmasına söykənir. Bu səbəbdən İranın siyasəti çoxqütblülüyü, dərinliyi və mürəkkəbliyi ilə fərqlənir.

Fikrimcə, beynəlxalq arenada İran tərəfindən tammiqyaslı dəstəyi gözləməyin anlamı yoxdur. Lakin müəyyən məsələlər üzrə tərəflərin mövqeləri üst-üstə düşə bilər və ölkələr bir-birini dəstəkləyə bilərlər. 

Azərbaycan-İran sənədlərinin imzalanması. Arxiv şəkli - Sputnik Azərbaycan
Azərbaycan və İran arasında 11 sənəd imzalanıb

- Azad iqtisadi zonalara (AİZ) birgə sərmayə qoyuluşu ideyası nə dərəcədə realdır?

— Uzun illər sanksiyalara məruz qalmış iqtisadiyyatını dirçəltmək üçün İranın bu gün sərmayələrə ehtuyacı var. Prinsipcə, Azərbaycan və İranın İİR-in ərazisindəki AİZ-rə birgə sərmayə qoyması real məsələdir. Azərbaycan və İranın münasibətlərində hər şey qarşılıqlı əlaqəlidir, siyasət və iqtisadiyyat bir-birinə bağlıdırlar. Bu məsələdə hər şey əsasən digər, daha vacib istiqamətlərdə müsbət nəticələrin əldə olunmasından asılı olacaq.

Azərbaycanın həll olunmamış ərazi münaqişəsi Bakıda qəbul olunan siyasi-iqtisadi qərarlara təsir edir və bunu Tehranda gözəl başa düşürlər. İran və Azərbaycanın münasibətlərində AİZ-ə birgə sərmayə qoyuluşu ikinci dərəcəli olsa da, realdır.

- “Şimal-Cənub” nəqliyyat dəhlizi yaradılacaqmı və o iki ölkəyə nə verəcək?

— “Şimal-Cənub” dəhlizinin tikintisi aktiv fazadadır. Hələ 2015-ci ilin dekabrında Azərbaycan prezidenti onun tikintisi işlərinin sürətləndirilməsi barədə qərar imzalayıb.

Bakı bu məsələdə Qərbin təzyiqlərinə məruz qalsa da, buna baxmayaraq, layihə ölkənin çoxvektorlu xarici siyasət doktrinası konsepsiyasına uyğundur. Azərbaycan tərəfini tikintini başqa vaxtadək təxirə salmağa inandırmağa yönəlik bütün cəhdlər iflasa uğrayıb.

Layihə bölgənin iki iri dövləti olan Rusiya və İranı Azərbaycan ərazisi ilə birləşdirir və həm siyasi, həm də iqtisadi üstünlüklərə malikdir. Əgər hər hansı fors-major şərtlər ortaya çıxmasa, yaxın vaxtlarda layihə işə düşəcək.

- Əgər qarşılıqlı sərmayələrdən danışsaq, ölkələrin bu məsələdə əməkdaşlığı nə yerdədir?

— İrana qarşı sanksiyalar rejimi uzun illər İİR və Azərbaycanın qarşılıqlı sərmayələrinin qarşısını alırdı. Qarşılıqlı maraqların üst-üstə düşdüyü məqamlar kifayət qədər çoxdur, iki ölkənin iqtisadi münasibətlərinin genişləndirilməsi və dərinləşdirilməsinə ehtiyac yaranıb.

Azərbaycan və İran arasında bağlanmış sazişə əsasən qarşılıqlı sərmayə qoyuluşu üzrə komissiya yaradılıb və fəaliyyət göstərir. Komissiya hər iki ölkədə kapital qoyuluşu üçün cəlbedici olan sahələrin axtarışı ilə məşğuldur.

Azərbaycan İİR-in xarici siyasətində müstəsna rol oynayır və İran hökuməti qarşılıqlı əməkdaşlığın daha da inkişafında maraqlıdır. 

Bu gn qarşılıqlı sərmayələrin həcmi kifayət qədər aşağıdır, lakin iki ölkə arasında mal dövriyyəsini artırmaq üçün böyük potensial var. Bakı üçün əsas vəzifələrdən biri İranla ikitərəfli münasibətləri inkişaf etdirərək Ermənistanın regional layihələrdə iştirakının qarşısını almaqdır.

Ermənistan son dövrlərdə İran qazının öz ərazisindən keçməklə Gürcüstana nəql olunması barədə razılaşmanın əldə olunması anonsunu verir. Bakı və Tehranın münasibətlərində problemli sahələrdən biri İran-Ermənistan əlaqələridir, lakin, İran və Azərbaycanın qarşılıqlı əlaqələrinin miqyasını nəzərə alsaq, erməni tərəfinin bütün manevrləri nəticəsiz qalacaq.

Tehran şübhəsiz ki, öz ixracatını şaxələndirməyə çalışacaq, lakin Azərbaycanın mövqeyi bu münasibətlərin öz regional siyasəti üçün neqativ nəticələrini minimallaşdırır. 

İran prezidenti: İlham Əliyevlə Suriya məsələsində mövqeyimiz üst-üstə düşür

- Rusiya və İranın hazırkı yaxınlaşması Azərbaycana necə təsir edə bilər?

— İran və Rusiyanın yaxınlaşması kifayət qədər mürəkkəb məsələdir. Bu ölkələr arasında maraqlar münaqişəsi özünü qabarıq şəkildə büruzə verirvə bu iki ölkənin uzunmüddətli yaxınlaşmasından danışmağa dəyməz.

Bu ölkələr arasında maraqlar münaqişəsi həm iqtisadi, həm də siyasi müstəvidə özünü göstərir. Dünən Moskva və Tehranın maraqları Suriya məsələsində üst-üstə düşürdülər, lakin hadisələr elə sürətlə cərəyan edirlər ki, artıq sabah bu müttəfiqlərin maraqları fərqli ola bilər.

Azərbaycan coğrafi olaraq bu iki böyük regional dövlətin arasında yerləşir və həm şimal, həm də cənub istiqamətində qarşılıqlı faydalı münasibətlər qurur. Bu ölkələrin yaxınlaşması hər birinin maraqlarının prizmasından baş verir, onların maraqları isə müxtəlifdir. Bu səbəbdən İran və Rusiyanın mövqelərinin Suriya istiqamətində yaxınlaşması Azərbaycanın maraqlarına təhlükə yaratmır.

Xəbər lenti
0