İran prezidenti: İlham Əliyevlə Suriya məsələsində mövqeyimiz üst-üstə düşür

Abunə olmaq
Həsən Ruhani: "Regional problemlər siyasi yolla həll olunmalıdır, bu münaqişələrin hərbi həlli yoxdur".

BAKI, 23 fev-Sputnik."Regional problemlər siyasi yolla həll olunmalıdır, bu münaqişələrin hərbi həlli yoxdur".

Sputnik Strateq-ə istinadən xəbər verir ki, İran prezidenti Həsən Ruhani Azərbaycan prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında belə deyib.

Azərbaycan-İran sənədlərinin imzalanması. Arxiv şəkli - Sputnik Azərbaycan
Azərbaycan və İran arasında 11 sənəd imzalanıb

Ruhaninin sözlərinə görə, Azərbaycan prezidenti ilə Suriya məsələsini müzakirə edib:
"Suriya və digər regional məsələlər barədə hər iki tərəfin mövqeyi üst-üstə düşür. Biz hesab edrik ki, regional problemlərin hərbi yolla həlli mümkün deyil, münaqişlər yalnız sülh yolu ilə tənzimlənməlidir".

Ruhani həmçinin bildirib ki, prezident İlham Əliyevlə dini icmalarla bağlı məsələni müzakirə edib. Hər iki prezident İslam dininin sülh, dostluq və əməkdaşlıq dini olduğunu bildirib.

Ruhani İran və Azərbaycanın regionadakı qonşu ölkələrlə üçtərəfli əməkdaşlıq formatını dəstəkləyib. Bu "İran, Azərbaycan, Türkmənistan", "İran, Azərbaycan, Rusiya" və "İran, Azərbaycan, Türkiyə, Gürcüstan" formatıdır.

Xəbər lenti
0