Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Blatter və Platininin cəzaları azaldılıb

© AP PhotoJoseph Blatter
Joseph Blatter - Sputnik Azərbaycan
Abunə olmaq
Ali futbol qurumundan verilən açıqlamada hər iki funksioner haqqında verilən 8 il uzaqlaşdırma qərarı 6 ilə endirilib.

BAKI, 25 fev — Sputnik. FIFA Apellyasiya Komitəsi aldıqları 8 il cəzaya etiraz edən və bunun endirilməsini tələb edən eks-prezident Yozef Blatter və UEFA-nın eks-prezidenti Mişel Platininin müraciətini qəbul edib.

Sputnik Apasport-a istinadla xəbər verir ki, ali futbol qurumundan verilən açıqlamada hər iki funksioner haqqında verilən 8 il uzaqlaşdırma qərarı 6 ilə endirilib.

Cəzaların 8 oktyabr 2015-ci ildən hesablanacağı xatırlanarkən, Platininin 30 gün içində 80 min, Blatterin isə 50 min İsveçrə frankı ödəməli olduqları qeyd olunub.

Bir müddət əvvəl UEFA prezidenti Mişel Platini və ona qanunsuz şəkildə 2 milyon İsveçrə frankı verməkdə ittiham olunan FİFA rəhbəri Yozef Blatter 8 illik futboldan kənarlaşdırılıb.

Sputnik-in məlumatına görə, FİFA-nın Etika Komitəsinin Arbitraj Palatası onların hər hansı futbol sahəsi ilə məşğul olmasına qadağa qoyub.

Bu gün keçirilən iclasda qəbul olunan qərar son vaxtlar FİFA və UEFA ətrafında hallanan hadisələrin davamı olub.

Sentyabrın 25-də İsveçrənin Federal Ədliyyə Bürosu Blatterin 2011-ci ildə Platiniyə qanunsuz şəkildə pul verməsi ilə bağlı iş açıb. Oktyabrın əvvəlində FİFA-nın Etika Komitəsi hər iki qurum prezidentini 90 günlük futbol sahəsindən kənarlaşdırmışdı. Noyabrın 23-də qurumun Arbitraj Palatası onlara qarşı yeni iş açmışdı.

1998-ci ildən FİFA prezidenti olan Yozef Blatter mayın 29-da yenidən bu posta seçilsə də, iyunun 2-də korrupsiya qalmaqalı ilə əlaqədar postundan gedəcəyini açıqlamışdı. Növbəti seçkilər isə gələn ilin fevralında baş tutacaq.

 

Xəbər lenti
0