Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan qənaət rejiminə keçdi

© Sputnik / Murad OrujovBakıda neft nasosları
Bakıda neft nasosları - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı ekspertlər neftin bir barrelinin 25 dollar götürməklə formalaşan dövlət büdcəsini təhlil edərək belə qənaətə gəliblər

Azərbaycan qənaət rejimə keçdi
Son bir ildə dünyada neftin qiymətinin 4 dəfə aşağı düşməsi və qlobal iqtisadi proseslər Azərbaycan iqtisadiyyatından yan keçməyib. Bu, ölkənin valyuta daxilolmalarının kəskin azalmasına və tədiyyə balansında mənfi saldonun yaranmasına səbəb oldu. Yaranmış vəziyyət dövlət büdcəsinə yenidən baxılmaq zərurəti yaratdı və yeni layihədə neftin bir barrelinin qiyməti iki dəfə azaldılaraq 25 dollara salındı. Fevralın 23-də isə yeni dövlət büdcəsi Milli Məclisdə müzakirə olundu.
İqtisadçılar Azərbaycanın büdcə siyasətinin əsas istiqamətlərini müzakirə etdilər - Sputnik Azərbaycan
VİDEO
İqtisadçılar Azərbaycanın büdcə siyasətinin əsas istiqamətlərini müzakirə etdilər

İqtisadçı ekspert Anar Rzayevin sözlərinə görə, yeni büdcə ölkənin qənaətcil rejimə keçməsini göstərir:

“Yeni büdcə kifayət qədər optimallaşdırılmış büdcədir. Neftin qiyməti burada reallığı əks etdirəcək səviyyədə — 25 dollar səviyyəsində göstərilib, bu mənada, hökümət büdcəni yerinə yetirə biləcək. Büdcənin öz strukturuna baxanda belə qənaətə gəlmək olar ki, büdcə sosial yönümlüyünü dəyişməyib. Amma eyni zamanda da büdcə ölkənin qənaət rejimə keçməsini göstərir”.

Layihədə büdcənin gəlirlər hissəsi 2 milyard 256 milyon manat və yaxud 15,5% artırılaraq 16 milyard 822 milyon manata, xərclər hissəsi isə 2 milyard 231 milyon manat və yaxud 13,7% artırılaraq 18 milyard 495 milyon manata, büdcə kəsiri isə 25 milyon manat azaldılaraq 1 milyard 673 milyon manata çatdırılıb.

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Toğrulun sözlərinə görə isə böhran zamanı belə addımlar atmaq düzgün deyil:

Milli Məclisin iclası - Sputnik Azərbaycan
Milli Məclisdə büdcə müzakirələri başlayıb

“2016-cı ilin yenidən təstiqlənmiş büdcəsində qərar verildi ki, gəlirlər və xərclər hissəsində artım olsun. Mən hesab edirəm ki, böhran dövründə belə addımın atılması doğru olmazdı. Böhran dövründə biz xərclərimizi daha da optimallaşdırmalı idik. Ona görə mən büdcənin bu şəkildə artırılmasının əleyhinəyəm. Büdcənin bu şəkildə artırılması əsasən Neft fondundan və gömrükdən daxilolmaların artırılması yolu ilə baş verib”.

Ekspert hesab edir ki, gömrük daxilolmalarından fərqli olaraq vergi daxilolmalarının artırılması vergi yığımı zamanı müəyyən çətinliklər yarada bilər. Onun sözlərinə görə, məsələ tək sosial gərginliyin qarşısının alınması ilə həll olunmur, çünki bu, büdcənin icrası zamanı çətinliklərə səbəb olacaq:

“Böhran dövründə xərclərin optimallaşdırılması aparılmalıdır. Məncə böhran dövründə əmək haqqları, sosial ödənişlərin, pensiyaların artırılması prosesi dayandırılmalıdır. Düzdür, bu yolla müəyyən mənada yaranan sosial gərginliyin qarşısını alınmasına çalışılır, lakin hər halda bu büdcənin icrası ilə bağlı müəyyən çətinliklərin yarana biləcəyinə bir səbəb verir”.

Maraqlıdır, yeni büdcə layihəsi manatın hazırki dəyərinə də təsir edə bilərmi? İqtisadçı ekspert Anar Rzayevin sözlərinə görə, büdcə ilə məzənnə arasında birbaşa təsir olamasa belə, vasitəli təsir baş verə bilər:

Natiq Cəfərli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Mart ayında manat yenidən dəyərdən düşə bilər

“Büdcə manatın kursuna bəlkə də hardasa təsir edə bilər, amma birbaşa büdcə ilə məzənnə arasında təsir yoxdur. Ola bilər ki, vasitəli formada təsir göstərsin, lakin mən inanmıram. Manatın kursunun qalxıb-düşməsi neftin qiyməti ilə bağlı məsələdir. Neftin qiyməti isə kifayət qədər aşağı – 25 dollar götürülüb. Əgər neftin qiyməti 17-15 dollaradək düşərsə, onda hökümət bəlkə də məcbur qalıb manatın kursuna nəsə edə bilər”. 

Qeyd edək ki, yeni büdcədəki xərclərin strukturuna gəlincə, sosial istiqamətdə ayırmalar 1 milyard 290 milyon manat artırılıb. Ümumiyyətlə isə, büdcə xərclərinin 65,5%-i cari xərclər, 24,9%-i kapital qoyuluşu xərcləri, 9,6%-i isə dövlət borcu ilə bağlı xərclərdir. 

Xəbər lenti
0