BAKI, 22 fev-Sputnik. Prezident İlham Əliyev 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin 2016-cı ildə Azərbaycan Respublikasında keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sputnik-in prezident.az saytına istinadla verdiyi məlumata görə, sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin 2016-cı ildə Azərbaycanda keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına 2 milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.