Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Kikboksinq üzrə Azərbaycan çempionatı DİN İdman Cəmiyyətinin qələbəsi ilə başa çatıb

© Photo : AKFKikboksinq üzrə Azərbaycan Çempionatı
Kikboksinq üzrə Azərbaycan Çempionatı - Sputnik Azərbaycan
Abunə olmaq
İkinci yerə NEFTÇİ İSM, üçüncü yerə isə “Naxçıvan” İdman Klubu çıxıblar.

BAKI, 22 fev – Sputnik. Bakı İdman Sarayında kikboksinq üzrə Azərbaycan Çempionatı və kadetlər arasında “Narkomaniya və uşaq cinayətkarlığına qarşı” adı altında Azərbaycan Birinciliyi keçirilib. Kikboksinq federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, ilk dəfə olaraq çempionatın finalları peşəkar səviyyədə baş tutub. Bu mötəbər yarışlarda ölkəmizin bütün regionlarından olan klub komandaların 600-dən çox idmançısı iştirak edib. 

Millət vəkili Adil Əliyev yarışın yüksək səviyyədə keçirildiyini qeyd edib: “Çempionatımız uğurla başa çatdı. Çempionatda 605 idmançı mübarizə aparırdılar. İdmançılarımız bir-birindən maraqlı və əzmkar döyüş nümayiş etdirdilər. Qalib gələn idmançıları təbrik edirəm və məğlub olan idmançılar həvəsdən düşməsinlər. Bu yarışlar onlara stimul verir. Xüsusilə, çempionatda bizimlə birgə əziyyət çəkən bütün dostlarıma, media mənsublarına öz adımdan təşəkkürümü bildirirəm. Onlar bizi üç gündə tək qoymadılar və idmançılara öz dəstəyini göstərdilər. İnşəallah qarşıda daha böyük yarış və tədbirlərə imza atacağıq.”

Yarışın nəticələri belədir: 

Kişilər arasında — 

51 kq 1-ci yer Məmmədov Anar (Neftçi), 

54 kq 1-ci yer Əhmədzadə Çingiz (Neftçi),

57 kq 1-ci yer Ələsgərov Elşad (Ağsu-Neftçi),

60 kq 1-yer Əzimov Zöhrab (DİN), 

63,5 kq 1-cı yer Əliyev Ruslan (Qızıl Əlcək),

67kq 1-ci yer Məmmədov İbrahim (Citkundo),

71kq Aslanov Ramal (DİN),

75kq 1-ci yer Mövsümzadə Emil (DİN),

81kq 1-ci yer Quliyev Bəybala (Neftçi),

86kq 1-ci yer Məlikov Orxan (Naxçıvan İK), 

91kq 1-ci yer Rəcəbzade Bəhram (Orion IK),

+91kq 1-ci yer Sadixzadə Ağalar (Cəlilabad). 

Qadınlar arasında —  

51kq 1-ci yer Səlimova Suad (Neftçi),

54kq 1-ci yer Rüzgari Həmidə (DİN), 

57kq 1-ci yer Əliyeva Nərminə (Sərhədçi),

60kq 1-ci yer İsmayilova Solmaz (Gəncə),

63,5kq 1-ci yer Həsənova Olena (Caspian İK),

67kq 1-yer Abbasova Yelena (DİN), 

71kq 1-ci yer Məlikzadə Fəridə (Ağsu-Neftçi) 

Çempionatın keçirilməsində məqsəd 2016-ci ildə dünya, Avropa çempionatının beynəlxalq və peşəkarlar arasında turnirlərində iştirak edəcək milli komandanın tərkibini müəyyənləşdirmək olub. Ümumi hesabda kikboksinq üzrə XXII Azərbaycan Çempionatının Kubokunu Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti qazanıb. İkinci yerə NEFTÇİ İSM, üçüncü yerə isə “Naxçıvan” İdman Klubu çıxıblar. 

Xəbər lenti
0