CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Evinizdəki tüstü bacalarını ildə iki dəfə təmizləyin, çünki...

© 7newsQaz
Qaz - Sputnik Azərbaycan
Abunə olmaq
Dəm qazı can almaqda davam edir, saysız-hesabsız xəbərdarlıqlara baxmayaraq, problem hər il daha da ciddiləşir. Bəs bu bəladan necə qorunmalı?

BAKI, 19 fev — Sputnik. Hər il qış mövsümü başlayandan ölkədə dəm qazından zəhərlənmələr faciəvi həddə çatır. Bununla bağlı rəsmi qurumların saysız-hesabsız xəbərdarlıqlarına, mətbuatda dönə-dönə materialların dərc olunmasına baxmayaraq, problem hər il daha da ciddiləşir.

Dəm qazından zəhərlənmənin ən təhlükəli tərəfi insanın sızmanı hiss etməməsi və asanlıqla huşunu itirməsidir. Dəm qazı gözə görünmür, rəngsiz, iysiz və dadsızdır. Bu qaz güclü zəhərləyici xassəyə malikdir. Yüngül zəhərlənmə olan zaman insanda başgicəllənmə, baş ağrısı, quru öskürək, ürəkbulanma, qusma kimi əlamətlər ortaya çıxır.

Tofiq Hacıyev - MEA Dilçilik İnstitutunun direktoru - Sputnik Azərbaycan
CƏMİYYƏT
Akademik Tofiq Hacıyev dəm qazından zəhərlənərək ölüb

Daha ağır zəhərlənmədə isə qıcolmalar, huşun uzun müddət itməsi, beyin ödemi, ürəyin zədələnməsi baş verir. Yadda saxlamaq lazımdır ki, azyaşlı uşaqlar cüzi miqdarda dəm qazından hətta həyatlarını da itirə bilərlər.

Dəm qazından zəhərlənmə hallarının əksəriyyəti çoxmərtəbəli yaşayış binalarında baş verir. Bəs, bu işdə hansı qurum məsuldur? Kim, dəm qazının faciəli nəticələrə səbəb olmaması üçün nəzarət funksiyasını həyata keçirir, yaxud keçirməlir? Və ümumiyyətlə, Azərbaycanda belə bir nəzarət mexanizmi varmı?

Azəriqaz İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbəlayev Sputnik-ə açıqlamasında, bu məsələyə hər zaman xüsusi diqqətlə yanaşdıqlarını deyib: "Tərəfimizdən mütəmadi olaraq təhlükəsizlik tədbirləri görülür və marifləndirmə işləri aparılır. Azəriqaz İstehsalat Birliyinin nəzdində fəaliyyət göstərən "qaz kəmərləri və cihazlara texniki xidmət sahəsi"nin əməkdaşları ildə iki dəfə olmaqla respublika ərazisində bütün evlərə texniki baxış keçirir".

"Əsas məqsəd mənzildaxili qaz kəmərləri, otaqlar, mətbəx və sanitar qovşağın yerinin dəyişdirilməsinə nəzarət etməkdir. Texniki baxış zamanı, əgər hansısa mənzildə nöqsan aşkarlanarsa və bədbəxt hadisəyə zəmin yarada biləcək təhlükə olarsa, akt yazılır və həmin evə qazın verilməsi dayandırılır", —deyə Azəriqaz sözçüsü bildirdi.

Mətbuat katibi onu da əlavə edib ki, binalardakı tüstü bacaları ildə iki dəfə təmizlənməlidir: "Bu, bədbəxt hadisələrin yaşanmasını önləmək üçündür. Amma, bu iş Azəriqaz İstehsalat Birliyinin səlahiyyətində deyil. Bu işə JEK-lər və MTK-lar cavabdehlik daşıyır".

Dəm qazının orqanizmə öldürücü təsiri belə izah olunur ki, o, qanda tez bir zamanda hemoqlobinlə birləşir. Bu zaman toxumaların hüceyrələrinə oksigen daşınmır və oksigen qıtlığı nəticəsində insan huşunu itirir. Həmin vaxt bədəndə süstlük əmələ gəlir, nitq tutulur.

Zəhərlənmə olan zaman həyəcanlanmadan, ilkin tədbirlər görmək lazımdır. Zərərçəkəni dərhal açıq havaya çıxarmaq, əynindəki paltarın yaxasını, kəmərini və s. açmaq, ona yarıoturaq vəziyyət vermək (ağciyər ödeminin qarşısını almaq üçün) lazımdır.

Bundan başqa, zərərçəkənin alnına, sinəsinə soyuq kompres qoymaq, əgər zərərçəkən nəfəs almırsa və ürəyi dayanmışsa, ürəyə xarici masaj və süni tənəffüslə dərhal reanimasiya tədbirlərinə başlamaq lazımdır.

Abşeron Gənclər Şəhərciyindən bir görünüş - Sputnik Azərbaycan
"Azəriqaz"la "Akkord" niyə ötür-ötür oyunu oynayır?

Əgər insanın huşu üstündədirsə, qızdırıcı içki, çay vermək lazımdır. Huşu özündə deyilsə, başını sağa-sola çevirib, ağız boşluğundakı seliyi təmizləmək lazımdır. İlkin olaraq, şirin çaya limon qatıb vermək olar. Dəm qazı ilə zəhərlənmənin ilk əlamətləri meydana çıxan kimi, dərhal təcili yardım çağırmaq lazımdır.

Qapalı mühitdə qaz yandırılarkən mütləq nəfəsliklər açıq olmalıdır. Mütəxəssislər bunlarla yanaşı, təhlükəsizlik baxımından dəm qazı yarandıqda onu işarə verən müasir qaz cihazlarından istifadəni məsləhət görürlər.

Dəm qazı başqa yanacaq növlərindən istifadə zamanı da, məsələn kömür yandırılarkən yarana bilər. Onun əmələ gəlməsinin qarşısını almaq üçün yanma məhsulları olan otaqlarda tez-tez havanın dəyişdirilməsi, qızdırıcıların hava sorucu borularının yaxşı işləməsinə nəzarət etmək lazımdır.

Xəbər lenti
0